“İnvestisiya fondu səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur.
Səhmdar investisiya fondu səhmdar investisiya fondu fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti səhmlərinin yerləşdirilməsindən əldə edilən pul vəsaitlərinin investisiya bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir.
Paylı investisiya fondu ümumi paylı mülkiyyət hüququ əsasında investisiya fond paylarının sahiblərinə məxsus və investisiya fondunun idarəçisinin idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada yaradıla bilər.
İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.
İnvestisiya fondunun idarəçisinin vəzifələri aşağıdakılardır:
İnvestisiya fondunun idarəçisi isə müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir;
İnvestisiya fondunun idarəçisi fəaliyyəti üzrə lisenziyaya malik şirkətlərin siyahısı:
Lisenziya nömrəsi | 141 |
Lisenziya verilmə tarixi | 30.06.2014 |
Hüquqi ünvan | AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, 4-cü mərtəbə |
Faktiki ünvan | AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A 4-cü mərtəbə |
Əlaqə məlumatları | (050) 290 27 26 |
Direktor | Mamedov Abid Mamed oğlu |
Lisenziya nömrəsi | İFİ-01 |
Lisenziya verilmə tarixi | 31.01.2024 |
Hüquqi ünvan | AZ1025, Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, 1131-ci məhəllə, m. 4 |
Faktiki ünvan | AZ1025, Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev, 1131-ci məhəllə, m. 4 |
Əlaqə məlumatları | (051) 232 99 49 |
Direktor | Qurbanzadə Şəhriyar Ağazeynal oğlu |