10.09.2026-cı il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 111.1-ci maddəsinə müvafiq olaraq lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının 10 sentyabr 2026-cı il tarixli 11 nömrəli Qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) 3 (üç) nəfər fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bərpa edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 111.1-ci maddəsinə əsasən lisenziyalarının qüvvəsi bərpa edilən sığorta vasitəçilərinin
SİYAHISI
№ | Sığorta vasitəçisinin adı | Fəaliyyət növü | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | Həsənov Sübhan Abbasəli oğlu | Agent | 07.11.2012 | 000799 | 6700410152 |
2 | Heydərova Şəhla Elman qızı | Agent | 05.10.2018 | SA-0077 | 1305557892 |
3 | Qəmbərova Afər Rauf qızı | Agent | 16.01.2026 | SA-0392 | 1403582572 |