Vüqar Ramin oğlu Əhmədov

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son cümə axşamı/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (241)
  • 1979-cu ildə – Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1999-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunu “Dilşünaslıq tərcüməçi-referent ingilis dili” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə ABŞ-nın Vaşinqton Universitetini “Tətbiqi iqtisadiyyat” ixtisası üzrə magistr pilləsini bitirmiş, 2008-ci ildə isə həmin universitetdə İqtisadiyyat üzrə Fəlsəfə Elmləri Doktoru (Ph.D) alimlik dərəcəsini almışdır.
  • Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis-tərcüməçi vəzifəsində başlamışdır. 1998-2004-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş mütəxəssis-tərcüməçi, baş məsləhətçi vəzifəsində, Dövlət qulluğunun kiçik müşaviri dərəcəsiylə işləmişdir.
  • 2009-cu ildə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir.
  • 2010-2013-cü illərdə illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru vəzifələrində işləmişdir.
  • 2013-2017-ci illərdə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
  • 2017-ci ilin dekabr ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. 
  • Ailəlidir, 2 övladı var.