Azərbaycan Respublikasının Mərkəzi Bankı ödəniş alətlərinə nəzarət tədbirlərini ”Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri üzrə nəzarət konsepsiyası”, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”, beynəlxalq kart təşkilatlarının və ümumqəbul edilmiş prinsiplər əsasında həyata keçirir. Ödəniş alətlərinə nəzarətin əsas məqsədləri aşağıdakılardır:
Ödəniş kartları, elektron pul, ödəniş tapşırıqları və ödəniş tələbnamə-tapşırıqları (birbaşa debetləşmə) kimi nağdsız ödəniş alətləri ödəniş sistemlərinin tərkib hissəsi olmaqla, onların təhlükəsizliyi və səmərəliliyi valyuta sabitliyinin qorunması və iqtisadi effektivliyinin təmin edilməsi baxımından vacibdir. Ödəniş alətlərinə nəzarət rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları vasitəsi ilə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilir. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın müvafiq tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə bankla müştəri arasında imzalanan kart müqavilələri üzrə tələblərin, əməliyyat axınının Qaydalara uyğun həyata keçirilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində mövcud limitlərin işləkliyi daim nəzarətdə saxlanılır. Həmçinin, ödəniş alətləri vasitəsilə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması istiqamətində beynəlxalq praktika və ödəniş alətləri ilə baş verən fırıldaqçılıq əməliyyatları üzrə statistik məlumatlar toplanılaraq və təhlil edilir müvafiq detektiv və preventiv tədbirlər həyata keçirilir.
Bundan başqa ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası daim beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq, bu xidmət istifadəçilərinin hüquqlarının daha da möhkəmləndirilməsi Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.