Azərbaycan Respublikasının Mərkəzi Bankında aparılan tədqiqat işlərinin əsas məqsədi ölkədə effektiv makroiqtisadi, o cümlədən pul və məzənnə siyasətinin analitik-empirik tədqiqat bazasını formalaşdırmaq, sosial-iqtisadi inkişafı dəstəkləyən makroiqtisadi sabitliyin fundamentallarının aşkarlanmasına töhfə verməkdir. Tədqiqat işləri dövri xarakter daşıyır və mütəmadi olaraq elektron formatda ictimaiyyətə təqdim olunur.
Tədqiqatların nəticələri ilə “İşçi məqalələr silsiləsi”, qurulmuş modellər və indekslərlə “Ekonometrik modellər” bölməsində, tədqiqat yönümlü əlavə materiallarla “Digər nəşrlər” bölməsində tanış olmaq mümkündür.