Mərkəzi Bank tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır
10 iyun 2026-cı il: Mərkəzi Bank tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davam etdirilir. Belə ki, 15.06.2026-cı il tarixindən Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində də (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma qəbul prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr...



















