Mərkəzi Bank ekoloji tarazlığın qorunmasına yönəlmiş tədbirlərin dəstəklənməsini davam etdirir
5 noyabr 2026-cı il, Bakı: Mərkəzi Bankın və maliyyə institutlarının iştirakı ilə Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilən bu aksiyada Mərkəzi Bankın sədrinin müşaviri Bəhruz Balayev və Bank əməkdaşları, qurum və assosiasiyaların rəhbər şəxsləri, eləcə də assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib. Aksiya za...



















