Əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılması məqsədilə 2019-cu ildən etibarən "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi" -https://infobank.az/ - istifadəyə verilmişdir. Sistem eyni zamanda, maliyyə xidmətləri bazarında rəqabəti gücləndirmək, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətini artırmaq məqsədi də daşıyır.
https://infobank.az/ tələb olunan məlumatı maksimum bir dəqiqə ərzində əldə etməyə imkan yaradır. Burada istehlakçıların maliyyə davranışlarına xidmət edəcək faydalı və lazımi məlumatlar vahid bir məkanda toplanmışdır. Xüsusi qeyd etmək lazımdır ki, axtarış bazarda mövcud və aktual olan bütün maliyyə xidmətlərinə dair təkliflər əsasında aparılır.
Sistemdəki məlumatlar mütəmadi olaraq monitorinq olunur, yenilənir və zənginləşdirilir.
Rəy, təklif və dəstək üçün ünvan: infobank@cbar.az