Tədqiqatın adı: Neft qiymətinin proqnozlaşdırılması modeli
Nömrə: 03/2025
Müəllif(lər): Fərid Muradzadə, Xəzan Baxşalıyev
Dil: Azərbaycan dili
Tarix: 2025
Xülasə: Məqalə qlobal neft bazarının fundamental dəyişənləri olan tələb, təklif və bazar gözləntiləri əsasında Brent markalı neft qiymətlərinin proqnozlaşdırılmasına həsr edilmişdir. Qiymətləndirmə 1994–2025-ci illərin rüblük zaman sırası məlumatlarından istifadə etməklə vektor avtoreqressiv (VAR) modeli əsasında aparılmışdır. Nəticələr göstərir ki, təqdim olunan modelin proqnozlaşdırma qabiliyyəti müşahidə olunan yüksək neft qiyməti volatilliyi şəraitində yaxşı performans nümayiş etdirmişdir. Təqdim olunan model üzrə proqnoz xətası bençmark modellərlə müqayisədə daha aşağıdır. Nəticələr qlobal enerji bazarlarında geosiyasi gərginliklər, regional münaqişələr və neft bazarındakı qeyri-müəyyənliklərin neft qiymətlərinin dinamikasına fyuçers qiymətləri vasitəsilə əhəmiyyətli təsir etdiyini təsdiqləyir.
Açar sözlər: Brent neft qiyməti, neft qiymətinin proqnozlaşdırılması, VAR modeli
JEL təsnifatı: C53, Q43, Q47.