Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
13 may 2026-cı il, Bakı: “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Banklarda stres-testlərin aparılması Qaydası” (Qayda) təsdiq edilib. Bu Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb. Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində “Banklarda korporativ idarəetmə Standartları”nda, “Ban...



















