2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Mərkəzi Bank tərəfindən vokalist Bülbülün xatirəsinə həsr olunmuş qızıl xatirə pul nişanı tədavülə buraxılmışdır.
Xatirə pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur.
Xatirə pul nişanının üz tərəfində Bülbülün portreti, arxa tərəfində isə Azərbaycan miniatürlərinin təsviri əks olunmuşdur. Portretin ətrafında xatirə pul nişanının buraxıldığı “2008”-ci il, və “Azərbaycan Respublikası” sözləri, dahi vokalistin adı və xatirə pul nişanının nominalı göstərilmişdir.
Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2008 |
Nominalı | 100 manat |
Metalı | Au 999.9 |
Çəkisi | 1 unsiya (31.1 qr) |
Diametri | 37 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |