Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində (hər il) məktəblilər üçün yay məktəbi təşkil olunur. Yay məktəbinin əsas məqsədi şagirdləri pulun tarixi, pul nişanları, büdcə anlayışı, şəxsi büdcənin hazırlanması, qənaət, israf, yığım və biznes planlarının qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirməkdən ibarətdir. Təlimlərdə maliyyə savadlılığı mövzularına dair təqdimat, maarifləndirici videoçarxlar nümayiş olunmaqla yanaşı müxtəlif intellektual oyunlar da keçirilir. Mövzuların lazımi səviyyədə mənimsənilməsi məqsədilə müxtəlif sessiyalar təşkil olunur, həmçinin bir sıra tapşırıq və əyani vəsaitlərdən interaktiv şəkildə istifadə olunur. Bununla yanaşı, proqramda məktəblilərin Mərkəzi Bankın xəzinəsinə, o cümlədən aparıcı bank və sığorta təşkilatlarına ekskursiyasına da yer verilmişdir. Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar, təlim materialları və müxtəlif hədiyyələr təqdim olunur.
#asset-1#asset-2#asset-3 #asset-4