Səhmdarların hüquqları:
Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli və hüquqi şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Səhmdarların vəzifələri:
Emitentlər “Qiymətli kağızlar bazarı haqqında” Qanunun (Qanun) 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlamalıdır. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin edilməlidir.
Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır:
İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 gündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən 15 iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir.
Emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələblər isə “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar” ilə müəyyən edilir.
Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə Mülki Məcəllənin 99.2-ci maddəsində müəyyən olunan məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur.
Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılması Mərkəzi Bank tərəfindən tələb edilmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların Mərkəzi Banka təqdim edildiyi tarixdən etibarən 30 gün ərzində öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir. Əlavə olaraq, emitentlərin məlumatları açıqlamasına dair digər tələblər Qanunun 76-cı və 77-ci maddələrində nəzərdə tutulur.
Qiymətli kağızlar bazarında emitentlər tərəfindən Qanunda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsinə uyğun olaraq vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Aşağıda 03.02.2016-cı il tarixli “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə Qərarın və Emitentlər tərəfindən təqdim edilməli olan məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Emitentlər bu başlığa kliklədikdə aşağıdakı həmin qanunvericilik aktının pdf versiyası ilə tanış ola biləcək və müvafiq olaraq word formatında olan sənədə daxil olmaqla idarəetmə hesabatına dair məlumatlara nəzər sala biləcəklər.