Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, hər bir kredit təşkilatı müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən xidmətlər üçün digər ödənişləri müəyyən etməkdə sərbəstdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: a) zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; b) zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə; c) kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; d) zaminlik müqaviləsində göstərilmiş zaminliyin verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. Odur ki, vəfat etmiş şəxsin hesabları və əmanətləri barədə məlumatlar Qanunvericiliyə müvafiq olaraq vərəsəlik işini aparan notariuslar tərəfindən müvafiq kredit təşkilatlarından əldə edilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, müştərilərlə banklar arasında bağlanılmış bank hesabları barədə müqavilələr, həmin şəxslərin hesabları və hesablar üzrə əməliyyatlarını əks etdirən məlumatlar Mərkəzi Bankda toplanmır.
Hər hansı şəxsin kredit tarixçəsi barədə məlumatlar “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hallarda və qaydada hal-hazırda fəaliyyət göstərən “Azərbaycan Kredit Bürosu” MMC-yə müraciət edərək əldə edilə bilər.
“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı müvafiq məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Kredit tarixçəsinin subyekti neqativ məlumatın qeyd olunan müddətdən tez məhv olunmasını tələb edə bilməz.
Lizinq və lombard fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən fiziki şəxslərə verilmiş vəsaitlər üzrə kompensasiya və restrukturizasiya məbləğlərinin hesablanması nəzərdə tutulmur. Fərman yalnız banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) tərəfindən verilmiş kreditləri əhatə edir.
Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci yarımbəndinə əsasən restrukturizasiya dedikdə kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlərin (güzəştli kredit) rəsmiləşdirilməsi başa düşülür. Bu zaman restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir:
Fərmanda belə restrukturizasiya məqsədilə banklara və bank olmayan kredit təşkilatlarına (kredit ittifaqları istisna olmaqla) tövsiyə edilir ki, vaxtı keçmiş kredit borcu olan müvafiq fiziki şəxslərə həmin kreditlərə hesablanmış faizlər silinməklə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bu zaman yeni güzəştli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit öhdəliklərinin icrası davam etməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin Fondun iştirakçı bankı qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya, hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
Dəbbə pulu (cərimə, penya) öhdəliyin icrasının təmini üsullarından biri olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Mərkəzi Bankın maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi olan infobank.az internet səhifəsinə daxil olaraq “kreditlər” bölməsinə keçid etməklə respublika ərazisində fəaliyyət göstərən banklardakı kredit məhsulları barədə məlumat əldə etmək mümkündür.
Banklarda əmanət yerləşdirilməsinə dair cari şərtlərlə infobank.az internet səhifəsinə daxil olaraq “əmanətlər” bölməsinə keçid etməklə tanış ola bilərsiniz.
Qeyd olunan məlumat Mərkəzi Bankın infobank.az internet səhifəsinə daxil olaraq əldə edilə bilər. Həmçinin infobank.az internet səhifəsində respublika ərazisində fəaliyyət göstərən banklara məxsus ödəniş terminallarına dair məlumatlar da öz əksini tapmaqdadır.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lizinq təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lombard təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manat məbləğində pul vəsaitləri qorunan əmanət hesab edilir.
Xeyr. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə bu növdən olan əmlaklar icbari sığortaya cəlb edilmir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Lakin əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, belə şəxsə pul şəklində sığorta ödənişi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.4-cü maddəsinə əsasən yalnız həmin şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda mümkündür.
Sığortalı tərəfindən açıqlanmalı olan məlumatlar dedikdə, sığorta müqaviləsi bağlanarkən, eləcə də müqavilə bağlandıqdan sonra sığortalıya məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Eyni zamanda sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən aparılır. Bununla əlaqədar. https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə klikləməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həmin maddədə nəzərdə tutulan formalardan hər hansı birində həyata keçirilir (ödənilir). Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilə bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxsin təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
Müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılıq əldə olunmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər. Bunlara a) zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; b) sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; c) sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; yaxud d) sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi aid edilir. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin yuxarıda sadalanan c və d bəndlərində göstərilən formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.
Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq (illik ümumi yığıncaq) ildə bir dəfədən az olmayaraq və maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq direktorlar şurası (müşahidə şurası) (o olmadıqda icra orqanı) tərəfindən çağırılmalıdır. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətlərində bu tələb istisna olmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
Növbədənkənar ümumi yığıncaq direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə (direktorlar şurası (müşahidə şurası) olmadıqda icra orqanının təşəbbüsü ilə) və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. İcra orqanı müvafiq tələbin (təşəbbüsün) daxil olduğu gündən a) üç iş günü ərzində ümumi yığıncağın vaxtı və yerini təyin edib bu barədə KİV-də elan verməli, b) beş iş günü ərzində ümumi yığıncağın çağırılması barədə bildirişləri səhmdarlara göndərməli, c) otuz gündən tez, qırx beş gündən gec olmayaraq ümumi yığıncağın keçirilməsini təmin etməlidir.
Səhmdar, səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, ümumi yığıncağın gündəliyində dəyişiklik və əlavələr edilməsini, habelə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin, səhmdarların reyestrinin və cəmiyyətin nizamnaməsinin surətinin ona təqdim edilməsini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququna malikdir.
Emitentin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. İllik hesabat qeyd olunan qaydada təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) üzvləri və səhmlərinin iyirmi faizinə malik olan səhmdarları cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sahəvi qanunlara əsasən bu şəxslərdən əlavə digər şəxslər də icra orqanı üzvü ola bilməyən şəxslərə aid edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə görə açıq səhmdar cəmiyyətinin (banklar və xarici bankların yerli filialları istisna olmaqla) xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir.
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər, habelə səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.
Səhmdarların ümumi yığıncağında səsvermə "Bir səsli səhm — bir səsdir" prinsipi ilə həyata keçirilir.
Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir.
1. Mərkəzi Banka necə yazılı rəsmi müraciət edilə bilər?
Müraciətlər Mərkəzi Bankın poçt ünvanına (AZ1014 Bakı şəh., R.Behbudov küç.90 və ya AZ1000 Bakı şəh., Bülbül pr.27) göndərilməklə, həmçinin rəsmi internet səhifəsində “onlayn müraciət” bölməsi vasitəsilə qəbul edilə bilər.
Mərkəzi Bankda vətəndaşların qəbulu 3 formada həyata keçirilir.
Mərkəzi Bankla (+99412) 4935058 və (+99412) 4931122 telefon nömrələri vasitəsilə əlaqə saxlanılır. Həmçinin “966 qaynar xətti” iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını həyata keçirir.
Mərkəzi Bankın rəsmi internet saytında “Rəhbərlik” bölməsinə daxil olaraq (https://www.cbar.az/organization/management-2) rəhbər şəxslərin qəbul günləri barədə məlumat əldə etmək olar.
Hazırda Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılmışdır. Odur ki, cbar@cbar.az Skype proqramı və ya 0559661966 nömrəli “whatsapp xidməti” vasitəsilə video görüntülü qəbulda iştirak edə, həmçinin (+99412) 966 telefon nömrəsi ilə əlaqə saxlanıla bilər.
Dövlət orqanlarından Mərkəzi Banka ünvanlanmış və ya birbaşa olaraq Mərkəzi Banka daxil olmuş müraciətlərlə bağlı hər hansı səbəbdən cavab məktubları əldə edə bilmədikdə müraciət edən şəxsin şəxsiyyəti eyniləşdirilməklə cavab məktubu 0559661966 nömrəli “whatsapp xidməti” vasitəsi ilə də ona təqdim edilir.
Bank və ya sığorta şirkətləri ilə əlaqə saxlamaqda çətinliklə üzləşən zaman Mərkəzi Bankın 0559661966 “whatsapp” nömrəsinə müraciət edə bilərsiniz.
Mərkəzi Bankın 0559661966 nömrəli “whatsapp xidməti”ndən (xidmət) aşağıdakı hallarda istifadə oluna bilər:
Qəbulda iştirak etmək üçün qeydiyyatdan keçdikdə.
Vətəndaşlar Mərkəzi Bankın “Whatsapp” nömrəsi vasitəsilə qeydiyyatdan keçməklə Mərkəzi Bankın Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına gəlməklə “Qəbulotağı”nda yerində və ya onlayn qəbulda iştirak edə bilərlər.
9. Vətəndaş qəbulunun həyata keçirilməsi üçün onlayn növbəni necə əldə etmək olar?"Onlayn növbə sistemi” vətəndaşların Mərkəzi Banka gəlmədən onlayn şəkildə növbə əldə etmələrinin təmin olunması məqsədi ilə yaradılmışdır. Vətəndaşlar onlayn növbə əldə etmək üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.