Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması – https://edu.e-cbar.az/ 2017-ci ildə fəaliyyətə başlamışdır.
Ənənəvi təlim üsullarını müasir formatda təklif edən bu platformanın əsas məqsədi iqtisadiyyat və maliyyə-bank sektorunda çalışan, bu istiqamətdə təhsil alan, həmçinin öz bilik və bacarığını inkişaf etdirmək istəyən şəxslərə, o cümlədən şagirdlərə dəstək olmaqdır.
Platformada mövcud olan distant tədris modulları istifadəçilərə zaman və məkan fərqi olmadan peşəkarlıq səviyyəsini təkmilləşdirmək imkanı yaradır.
Kursların hazır və virtual mühitdə yerləşdirilməsi iştirakçılara daha rahat və sərbəst təhsil almaq imkanı yaradır. Bu, həmçinin istifadəçilərin üçüncü şəxslərdən (müəllim, qrup yoldaşı, inzibatçı) asılılığını azaldaraq keyfiyyətli tədris şəraiti ilə təmin edir. İştirakçılar ehtiyac və istəyindən asılı olaraq istənilən vaxt portala daxil ola bilər. Tədris prosesinin effektivliyini izləmək məqsədilə platformada iştirakçıların qeydiyyatı zəruridir. Qeydiyyat haqqında ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar: https://youtu.be/0iNZkyQ0Q7M
Kursu tamamlayaraq yekun imtahanda uğurlu nəticə əldə edən iştirakçılara sertifikat təqdim olunur. Lakin, təcrübə göstərir ki, iştirakçıların əksəriyyəti təkcə sertifikat almaqda deyil, həm də özünü inkişaf etdirməkdə maraqlıdırlar.
Platforma iştirakçılarının rəyləri ilə qeyd edilmiş linkdən istifadə edərək tanış ola bilərsiniz : https://youtu.be/0MuSg4qVLMc
Hədəf auditoriyasının ehtiyaclarını nəzərə almaqla son illərdə platformada uşaqlar üçün də maliyyə savadlılığı mövzusunda kurslar açılmışdır. Əminik ki, hər bir valideyn öz övladının maliyyə savadlılığının artırılmasında maraqlıdır. Bu istiqamətdə "Uşaqlar və pullar" kursunu baza kurs olaraq bütün valideynlərə təklif edirik. Uşaqların asudə vaxtlarında bu kursu dinləmələri və başa çatdırmaları üçün valideyinlər tərəfindən lazımi şəraitin yaradılması zəruridir. Xüsusilə qeyd etmək istəyirik ki, bu kurs üç dildə (Azərbaycan, rus və ingilis dilləri) təklif olunur.
Platformada yerləşdirilən bütün resurslar ödənişsizdir.
Müraciət, rəy və dəstək üçün ünvan: edu@cbar.az