Mərkəzi Bankın “966 qaynar xətti” iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını həyata keçirir. Daxil olan zənglərin yerində cavablandırılması mümkündürsə, vətəndaşların şifahi müraciətləri ilə əlaqədar onlara müvafiq izahat verilərək müraciətləri cavablandırılır. Əks halda zənglər cavablandırılması üçün müvafiq struktur bölmələrə və ya daxil olan rəsmi yazılı müraciətləri üzrə icraçılara yönəldilir. Mərkəzi Banka daxil olan zənglər telefonçu-operatorlar tərəfindən qəbul edilir və bütün zənglərin qeydiyyatı aparılır. |
Aşağıda qeyd olunan istiqamətlər üzrə Mərkəzi Bankın 055-966-19-66 nömrəli whatsapp xidmətindən (xidmət) istifadə edilə bilər:
1. Dövlət orqanlarından Mərkəzi Banka ünvanlanmış və ya birbaşa olaraq Mərkəzi Banka daxil olmuş müraciətlərlə bağlı hər hansı səbəbdən cavab məktubları əldə edilmədikdə Müraciət edən şəxsin şəxsiyyəti eyniləşdirilməklə cavab məktubu xidmət vasitəsi ilə ona təqdim edilir.
2. Mərkəzi Bankın nəzarət subyektləri ilə əlaqə saxlanılmasında çətinlik yarandıqda Müraciət edən şəxs barədə məlumat, onunla əlaqə yaradılması məqsədi ilə Mərkəzi Bankın nəzarət subyektinə yönləndirilir.
|