Nömrə: 04/2013
Müəllif(lər): Vüqar Əhmədov, Gülzar Tahirova
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Məqalənin əsas məqsədi iqtisadi artım modellərinin empirik təhlili metodları arasında geniş miqyasda tətbiq olunan üç metodun (artım uçotu, artım reqressiyası və artım diaqnostikası) müqayisəli təhlilini aparmaqdır. Müqayisəli təhlil nəticəsində hər bir empirik artım metodunun müsbət və mənfi tərəfləri müəyyən edilmişdir. Məqalədə Azərbaycanın yeni empirik iqtisadi artım modelinin konseptual çərçivəsi də müzakirə edilmişdir.
Açar sözlər: iqtisadi artım, inkluziv artım, artım uçotu, artım reqressiyası, artım diaqnostikası
JEL təsnifatı: O47