Nömrə: 13/2013
Müəllif(lər): Rəşad Kərimov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Məqalədə Azərbaycanda bank sektorunun maliyyə vasitəçiliyi göstəriciləri və onların maliyyə dərinliyinə təsiri qiymətləndirilmişdir. Azərbaycanda bank kreditləri ümumi kreditlərin 97.5 faizini, qeyri-bank kreditləri isə cəmi 2.5 faizini təşkil edir. Eyni zamanda, xarici kapitallı bankların təklif etdiyi kreditlərin ümumi kreditlərdə payı 33 faiz, yerli banklarda isə bu göstərici 67 faizdir.
Araşdırmalar göstərir ki, qeyri-bank kreditlərinin 10% artımı maliyyə dərinliyinə 0.78%, bank kreditlərinin 10% artımı isə maliyyə dərinliyinə 1.25% müsbət təsir göstərir.
Açar sözlər: maliyyə vasitəçiliyi, maliyyə dərinliyi, bank kreditləri
JEL təsnifatı: G21, G28