Nömrə: 14/2013
Müəllif(lər): Elşən Cəfərov, Ceyhun Abbasov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: “Hedonik qiymət modeli” vasitəsi ilə hedonik əmtəələr təhlil olunur və bu əmtəə bazarlarında adekvat qiymət indekslərinin hesablanması mümkün olur. Hedonik əmtəələr kimi daşınmaz əmlak, o cümlədən mənzil, elektron hesablama maşınları, avtomobillər, məişət cihazları, mobil telefonlar və s. aiddir. Bu əmtəələrin xüsusiyyətləri onların bazar qiymətlərini formalaşdırır. Bu yanaşma vasitəsi ilə hedonik əmtəələrin bazar qiymətlərinin formalaşmasında onların xüsusiyyətlərinin marjinal təsiri müəyyənləşdirilə bilər. Başqa sözlə hedonik qiymət modelinin qiymətləndirilməsindən sonra əldə olunan parametrlər əmtəənin xarakterik xüsusiyyətlərinin marjinal qiymətlərini xarakterizə edir. Bu metod insanların davranışındakı və zövqlərindəki keyfiyyət dəyişmələrinin təhlili üçün geniş imkanlar yaradır.
Açar sözlər: Hedonik qiymət modeli, davranış, seçmə müşahidə, statistik təhlil
JEL təsnifatı: C10, C40