1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Videomüşahidə sistemi üzrə əlavə məlumat saxlanc qurğularının və əlaqədar avadanlıqların açıq tender metodu ilə satın alınmasını keçirir.
2. Təkliflərin açılma proseduru 16 avqust 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Satınalma prosedurunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 16 avqust 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların çatdırılma müddəti: satınalma müqavilə imzalandığı tarixdən 50 (əlli) iş gün müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev
Vəzifəsi: Böyük mütəxəssis
Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az
Satınalmalar komissiyası