24 iyun 2025, Bakı: Mərkəzi Bankda cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qanunvericiliyin tətbiqinə dair kredit ittifaqlarının nümayəndələri üçün təlim keçirilib.
2025-ci il üzrə müvafiq təlim planına uyğun olaraq ƏL/TMM üzrə öhdəliklər, daxili nəzarət proqramının təşkili, müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsi və şübhəli əməliyyatların monitorinqi kimi mühüm məsələlər əhatə olunub.
Təqdimat əsasında geniş müzakirələr aparılıb və iştirakçıların mövzularla bağlı sualları ətraflı şəkildə cavablandırılıb.