«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikasının
APrezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
022 №-li Əmr
2 fevral 2000-cu il
Sədr _______________ H. Babayev
(11 aprel 2002-ci il tarixli 066 №-li və 25
may 2004-cü il 074№-li Əmrlərin
aredaksiyasında)
AZƏRBAYCAN RESPUBLİKASINDA VEKSELƏRİN DÖVRİYYƏSİ HAQQINDA
ƏSASNAMƏ
Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”-yə müvafiq olaraq hazırlanmışdır.
I. Ümumi müddəalar
1.1 Bu Əsasnamə Azərbaycan Respublikasında veksellərin (bundan sonra - vekselin) buraxılışını, alınıb-satılmasını, ötürülməsini, veksel üzrə öhdəliklərin yerinə yetirilməsini və veksel dövriyyəsi ilə bağlı digər əməliyyatların aparılmasını tənzimləyir.
1.2 Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) öz aralarındakı hesablaşmalarda vekseldən istifadə edə bilərlər.
1.3 Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
II. Köçürmə veksel
2.1 Köçürmə vekselin blankında aşağıdakılar əks etdirilməlidir:
a) sənədin adı kimi onun yazıldığı dildə "Köçürmə veksel" sözləri;
b) söz və rəqəmlə yazılmış müəyyən pul məbləğini şərtsiz ödəmək haqqında təklif;
v) ödəyicinin tam adı, hüquqi ünvanı və bank rekvizitləri;
q) ödənişin müddəti;
d) ödənişin yeri;
ğ) remitentin və ya sərəncam verən şəxsin tam adı, hüquqi ünvanı, bank rekvizitləri;
e) vekselin verilmə tarixi və yeri;
ə) vekselverənin möhürlə təsdiqlənmiş imzası.
j) veksel blankını çap etmiş mətbəənin adı və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) tərəfindən verilmiş lisenziyanın nömrəsi, tarixi və VÖĐN-i (Vergi Ödəyicisinin Đdentifikasiya Nömrəsi).
2.2. Aşağıdakı hallar istisna edilməklə, bu bölmənin birinci bəndində göstərilən müddəalardan hər hansı birinin olmadığı sənəd köçürmə veksel hesab olunmur:
a) ödəniş vaxtı göstərilməyibsə, sənəd təqdim edilən kimi ödənməli olan köçürmə veksel sayılır;
b) ayrıca bir göstəriş yoxdursa, ödəyicinin adı yanında qeyd edilmiş yer eyni zamanda ödəniş yeri və ya ödəyicinin ünvanı sayılır;
v) verilmə yeri göstərilməyən köçürmə veksel vekselverənin adı yanında qeyd edilmiş yerdə imzalanmış sayılır.
2.3. Köçürmə veksel vekselverənin əmrinə, onun özünə və ya hər hansı üçüncü şəxs hesabına verilə bilər.
2.4. Köçürmə vekselin ödəniş yeri olaraq, ödəyicinin ünvanı, üçüncü şəxsin ünvanı və ya hər hansı bir başqa yer müəyyənləşdirilə bilər.
2.5. Təqdim edilən kimi və təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan veksellərdə vekselverən, veksel məbləğinə faizin hesablanması şərtini qoya bilər. Belə vekseldə faiz dərəcəsi qeyd olunmalıdır və bu qeydin olmadığı hallarda veksel məbləğinə faizlər hesablanmır. Başqa bir tarix göstərilməyibsə, faizlər köçürmə vekselin tərtib olunduğu gündən hesablanır.
2.6. Köçürmə vekselində sözlə və rəqəmlə yazılmış məbləğlər arasında fərq olduqda sözlə yazılan məbləğ əsas götürülür. Köçürmə vekselində məbləğ sözlə və yaxud rəqəmlə bir neçə dəfə yazılmışdırsa, bunlar arasında fərq olduqda kiçik məbləğ əsas götürülür.
2.7. Köçürmə vekselində öhdəliyi üzərinə götürə bilməyən şəxslərin imzası, saxta imzalar, uydurulmuş şəxslərin imzası və ya səlahiyyətsiz imzalar varsa, digər şəxslərin imzaları buna görə öz qüvvəsini itirmir.
2.8 Səlahiyyətsiz təmsilcinin (nümayəndənin) köçürmə vekselini imzalaması həmin veksel üzrə onun özünün öhdəlik daşıması deməkdir. Həmin şəxs vekseli ödədiyi təqdirdə həqiqi təmsil olunanın hüquqlarını əldə edir.
Səlahiyyətini aşmış təmsilçi üçün də bu müddəa eynidir.
2.9. Vekselverən, köçürmə vekselin akseptinə və ödənilməsinə cavabdehdir.
III. İndossament
3.1. Hər bir veksel indossament vasitəsilə ötürülə bilər.
İndossament köçürmə vekselində ödəyicinin aksept edib- etməməsindən asılı olmayaraq, onun xeyrinə, yaxud vekselverənin və ya veksel üzrə öhdəlik daşıyan hər hansı başqa şəxsin xeyrinə yazıla bilər. Bu şəxslər öz növbəsində vekseli indossament vasitəsilə yenidən ötürə bilərlər.
3.2. İndossament sadə və şərtsiz olmalıdır.Onu məhdudlaşdıran hər hansı şərt yazılmamış sayılır.
Hissəvi yazılmış indossament etibarsızdır.
Təqdim edənə yazılmış indossament blank indossamentinin qüvvəsinə malikdir.
3.3. İndossament vekselin arxasında və ya alonj üzərində yazılmalı və indossant tərəfindən imzalanmalıdır.
Xeyrinə indossament yazılan şəxsin adı idossamentdə göstərilməyə də bilər və ya o, indossantin təkcə imzasından ibarət ola bilər (blank indossamenti).
3.4. İndossament köçürmə vekseldən irəli gələn bütün hüquqları ötürmüş olur. Əgər o, blank indossamentidirsə, vekselsaxlayan:
3.5. Əks şərt qoyulmamışdırsa, indossant köçürmə vekselin aksept edilməsinə və ödənməsinə cavabdehdir.
İndossant köçürmə vekselin yenidən ötürülməsini qadağan edə bilər; bu halda o, vekselin sonradan indossamentlə ötürüldüyü şəxslər qarşısında cavabdehlik daşımır.
3.6. Köçürmə vekseli olan şəxs, əgər o öz hüquqlarını bir-birinə bağlı ardıcıl indossamentlərlə əsaslandırırsa, hətta axırıncı indossament blank indossamenti olsa belə, qanuni vekselsaxlayan sayılır.
Üstündən xətt çəkilmiş indossamentlər bu halda yazılmamış hesab olunur. Blank indossamentindən sonra başqa bir indossament yazılmışdırsa, sonuncunu imzalamış şəxs, vekseli blank indossamenti ilə əldə etmiş sayılır.
Hər-hansı səbəbdən veksel saxlayan sahiblik hüququndan məhrum olmuşdursa, yuxarıdakı abzasa əsasən öz sahiblik hüququnu sübuta yetirən yeni veksel saxlayan bu vekseli əvvəlki veksel saxlayana yalnız, o halda qaytarır ki, onu əldə edərkən qanunsuzluğa və ya köbud səhvə yol vermişdir.
3.7. İndossamentdə "məbləğin alınması üçün", "inkassaya", "müvəkkil olaraq" ifadələrindən biri, yaxud adi sərəncam verməni nəzərdə tutan hər hansı digər qeyd varsa, vekselsaxlayan köçürmə vekseli üzrə bütün hüquqlardan istifadə edə bilər, lakin onu yalnız həvalə indossamentlə başqasına ötürə bilər.
Veksel üzrə öhdəlik daşıyanlar bu halda vekselsaxlayana yalnız indossanta qarşı irəli sürə biləcəkləri etirazları edə bilərlər.
Həvalə indossamentindəki sərəncam, həvalə edənin ölümü və ya fəaliyyət qabiliyətini itirməsi nəticəsində öz qüvvəsini itirmir.
3.8. İndossamentdə "təminat məbləği", "girov məbləği" ifadələrindən biri və ya girovu nəzərdə tutan hər hansı başqa qeyd varsa, vekselsaxlayan köçürmə vekselin verdiyi bütün hüquqlardan istifadə edə bilər, lakin onun yazdığı indossament yalnız həvalə indossamenti qüvvəsindədir.
3.9. Ödəniş vaxtı çatdıqdan sonra yazılmış indossament özündən əvvəlki indossamentlə eyni qüvvəyə malikdir. Lakin ödəmədən imtinaya protest verildikdən və ya bu protestin verilməsi üçün müəyyənləşdirilmiş vaxt bitdikdən sonra yazılmış indossament, yalnız adi tsessiyanın qüvvəsinə malikdir.
Tarixi göstərilməyən indossament, protest verilməsi üçün müəyyənləşdirilmiş vaxt bitənə qədər qüvvədə olur.
IV. Köçürmə vekselin aksepti
4.1. Köçürmə vekseli ödəniş vaxti çatanadək vekselsaxlayan tərəfindən və ya köçürmə vekseli olan istənilən şəxs tərəfindən ödəyiiciyə onun ünvanında aksept üçün təqdim oluna bilər.
4.2. Hər bir köçürmə vekseldə vekselverən, müəyyən bir müddət təyin etmək və ya etməməklə vekselin akseptə təqdim edilməli olduğu barəsində şərt qoya bilər.
Üçünçü bir şəxsin ünvanında ödənilməli olan, ödəyicinin ünvanında deyil, başqa bir yerdə ödənilməli olan, təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan veksellər istisna olmaqla, digər köçürmə veksellərdə vekselverən akseptə təqdim olunmanı qadağan edə bilər.
Vekselverən vekselin müəyyən bir tarixdən əvvəl akseptə təqdim oluna bilməməsi şərtini də qoya bilər.
Vekselverən vekselin aksept olunmasını qadağan etməyibsə, hər bir indossant müəyyən bir müddət təyin etmək və ya etməməklə vekselin akseptə təqdim edilməli olması barəsində şərt qoya bilər.
4.3. Təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan köçürmə veksel, verildiyi gündən etibarən bir il ərzində akseptə təqdim olunmalıdır.
Vekselverən bu müddəti azalda və ya daha uzun bir müddət barəsində şərt qoya bilər.
Đndossantlar akseptə təqdim edilmə müddətlərini qısalda bilərlər.
4.4. Aksept "aksept edilmişdir" ifadəsi ilə və ya eyni mənalı başqa bir yazı ilə koçurmə vekseldə qeyd olunur və ödəyici tərəfindən imzalanır. Vekselin üzərində ödəyicinin sadəcə imza atması aksept qüvvəsindədir.
Veksel, təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməlidirsə və ya xususi bir şərtə görə müəyyən müddət ərzində akseptə təqdim olunmalıdırsa, vekselsaxlayan, vekselin təqdim olunduğu günü aksept tarixi kimi yazmağı tələb etmədikdə, aksept tarixi olaraq vekselin təqdim olunduğu gün göstərilməlidir. Tarixin qoyulmadığı hallarda vekselsaxlayan, indossantlara və vekselverənə qarşı öz iddia hüquqlarını protest verməklə qorumalıdır.
4.5. Aksept şərtsiz olmalıdır, lakin odəyici vekselin məbləğinin bir hissəsini aksept etməklə məhdudlaşdıra bilər.
Aksept qeydi ilə köçurmə vekselin məzmununda edilən hər hansı başqa dəyişiklik akseptdən imtinaya bərabərdir.
Bu zaman akseptant öz aksept qeydindəki şərtlər çərçivəsində cavabdehdir.
4.6. Vekselverən, köçurmə vekseldə odəniş yeri olaraq ödəyicinin ünvanını deyil, başqa bir yer göstərmişdirsə və həm də, ödəyici qismində üçüncü bir şəxsi qeyd etməmişdirsə, ödəyici öz aksept qeydində belə bir şəxsi göstərə bilər.
Əks təqdirdə aksept edən vekseli odəniş yerində özü ödəyəcəyini öhdəsinə götürmüş sayılır.
Veksel ödəyicinin olduğu yerdə ödənilməlidirsə, ödəyici, ödənişin həyata keçirilməli olduğu yerdə hər hansı bir ünvanı öz aksept qeydində ödəniş yeri kimi göstərə bilər.
4.7. Ödəyici, köçurmə vekseli aksept etməklə onu vaxtında ödəmək öhdəliyini üzərinə götürür.
Ödəmədən imtina halında vekselsaxlayan, hətta o, vekselverən olsa belə, bu Əsasnamənin 8-cu bölməsinin 8.6-cı və 8.7-ci bəndləri əsasında köçürmə veksellə bağlı irəli sürülə biləcək bütün tələblər üzrə aksept edənə qarşı birbaşa iddia qaldırmaq hüququna malikdir.
4.8. Köçürmə vekseli aksept etmiş ödəyici veksel geri qaytarılana qədər aksept qeydinin üstündən xətt çəkmişsə, akseptdən imtina etmiş sayılır. Əksi sübut edilincəyədək, aksept qeydi, sənəd qaytarılanadək pozulmuş hesab olunur.
Bununla bərabər, ödəyici, köçürmə vekseli aksept etdiyini vekselsaxlayan və ya vekseldə imzası olan bir şəxsə yazılı surətdə bildiribsə, onların qarşısında öz aksept qeydinin şərtlərinə müvafiq öhdəlik daşıyır.
V. Aval
5.1. Köçurmə vekselin məbləğinin tam və ya müəyyən hissəsinin ödənilməsi aval vasitəsi ilə təmin edilə bilər. Bu zəmanət üçünçü bir şəxs tərəfindən və ya vekseli imzalamış şəxslərin biri tərəfindən verilə bilər.
5.2. Aval köçurmə vekselin və ya alonjun üzərində yazılır.
Aval "aval edirəm" sözləri ilə və ya eyni mənalı başqa sözlərlə ifadə olunur və aval edən şəxs tərəfindən imzalanır.
Ödəyiçinin və vekselverənin imzaları istisna olmaqla, köçurmə vekselin aval üçün ayrılmış yerdə atılmış hər hansı bir imza aval sayılır.
Avalda onun kimin hesabına verildiyi göstərilməlidir. Belə bir göstəriş olmadıqda aval vekselverən üçün verilmiş sayılır.
5.3. Avalçı zəmanət verdiyi şəxs qədər məsuliyyət daşıyır.(2)
Avalçı vekselin məbləğini ödədiyi təqdirdə zəmanət verdiyi şəxsə qarşı və həmin şəxs qarşısında öhdəlik daşıyanlara qarşı vekseldən irəli qələn hüqüqları əldə edir.
VI. Ödəniş müddəti
6.1. Köçürmə veksel yalnız aşağıdakı müddətlərdə ödənilmək şərti ilə verilə bilər:
Ödəniş müddəti yuxarıda göstərilən müddətlərdən fərqli olan və yaxud bir-birinin ardınca gələn müddətlər göstərilən köçürmə veksellər etibarsızdir.
6.2. Təqdim edilən kimi ödənilməli olan köçürmə veksel, təqdim edildikdə ödənilir. Bu cür veksel verildiyi qündən etibarən bir il müddətində ödənişə təqdim olunmalıdır. Vekselverən bu müddəti qısalda və ya daha uzun bir müddət təyin edə bilər. Təqdimat müddətləri indossantlar tərəfindən qısaldıla bilər.
Vekselverən, təqdim edilən kimi ödənilməli olan köçürmə vekselin müəyyən bir gündən qabaq ödənişə təqdim edilə bilməməsi haqqında şərt qoya bilər. Bu halda təqdimat müddəti həmin tarixdən başlayır.
6.3. Təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan vekselin ödəniş müddəti aksept qeydində yazılmış tarixə və ya protest tarixinə görə müəyyən edilir.
Protest verilmədiyi halda aksept edilən köçürmə vekseldə tarix göstərilmədikdə, akseptanta münasibətdə, vekselin aksept edilməsi üçün təyin edilmiş müddətin son günündə aksept edilmiş hesab edilir.
6.4. Tərtib və ya təqdim olunduqdan sonra bir və ya bir necə ay ərzində ödənilməli olan veksel üzrə ödəniş vaxtı, vekselin ödənilməli olduğu ayın, vekselin tərtib və ya təqdim olunduğu ayın günü ilə eyni olan tarix hesab olunur (məs. 31 yanvar 2000-ci il: 31 may 2000-ci il). Vekselin ödənilməli olduğu ayda belə gün olmadıqda həmin ayın son günü ödəniş tarixi hesab olunur (məs. 31 yanvar 2000-ci il: 30 aprel 2000-ci il).
6.5. Köçürmə veksel tərtib və ya təqdim olunduqdan ay yarım və ya bir neçə ay yarım müddətində ödənilmək şərti ilə verilibsə, əvvəlcə tam aylar hesablanır.
Əgər ödəniş vaxtı olaraq hansısa ayın əvvəli, ortası və ya axırı təsbit olunmuşdursa, bu ifadələr altında ayın birinci, on beşinci və sonuncu günləri başa düşülür.
"Səkkiz gün" və ya "on beş gün" ifadələri dedikdə bir və ya iki həftə deyil, konkret olaraq səkkiz və ya on beş günlük müddət başa düşülür. "Yarım ay" ifadəsi on beş günlük müddəti bildirir.
VII. Ödəniş
7.1. Müəyyən bir gündə, tərtib və ya təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan köçürmə vekselini saxlayan onu ödənilməli olduğu gun, yaxud bundan sonrakı iki iş günü ərzində ödənişə təqdim etməlidir.
7.2. Ödəyici köçürmə vekselini ödəyərkən vekseli və ödəniş qəbzinin ona verilməsini vekselsaxlayandan tələb edə bilər.
Vekselsaxlayan veksel məbləğinin hissə-hissə ödənişini rədd edə bilməz.
Hissə-hissə ödəniş halında ödəyici, bu ödəmənin veksel üzərində qeyd edilməsini və bu barədə ona qəbzin verilməsini tələb edə bilər.
7.3. Ödəniş vaxtı çatmazdan əvvəl vekselsaxlayanın razılığı olmadan ödənişə yol verilmir. Vekseli vaxtından əvvəl ödəyən şəxs öz məsuliyyəti və riski hesabına həyata keçirir.
Vekseli vaxtında ödəyən şəxs aldatma və ya kobud ehtiyatsızlığa yol verməyibsə, borc öhdəliyindən azad olunur.
O, indossamentlərin silsilə ardıcıllığının düzgünlüyünü yoxlamalıdır, lakin indossantların imzalarını araşdırmağa borclu deyil.
7.4. Köçürmə veksel bu bölmənin 7.1-ci bəndində göstərilən müddətdə ödənişə təqdim edilmədiyi təqdirdə hər bir borclu vekselin tədavülünü tənzimləyən dövlət orqanına yazılı məlumat verərək, bütün xərclər vekselsaxlayanın hesabına olmaqla veksel məbləğini həmin dövlət orqanının müəyyən etdiyi depozitə verməlidir.
VIII. Aksept və ödəmədən imtina hallarında iddia
8.1. Vekselsaxlayan indossantlara, vekselverənə və vekselə görə öhdəlik daşıyan digər şəxslərə qarşı aşağıdaki hallarda iddiya hüququndan istifadə edə bilər:
8.2. Akseptdən və ya ödəmədən imtina, akseptdən və ya ödəmədən imtinaya qarşı rəsmi protest aktı ilə təsbit olunmalıdır.
Akseptdən imtinaya protest, vekselin akseptə təqdim olunması üçün müəyyən olunmuş vaxt ərzində verilməlidir.
Müəyyən bir gündə, tərtib və ya təqdim olunduqdan sonra müəyyən vaxt ərzində ödənilməli olan vekselin ödənməməsi haqqında protest vekselin ödənilməli olduğu gündən sonrakı iki iş günü ərzində verilməlidir.
Təqdim edilən kimi ödənilməli olan veksel üzrə protest, bundan əvvəlki abzasda akseptdən imtinaya protesti vermək üçün göstərilmiş müddətlərdə verilməlidir.
Akseptdən imtinaya protestin verilməsi vekselin ödənişə təqdim edilməsindən və ödəmədən imtinaya protestin verilməsindən azad edilir.
Vekseli aksept edib-etməməsindən asılı olmayaraq, ödəyici ödənişlərini dayandırmışdırsa və ya onun əmlakına qoyulmuş cərimə nəticəsiz qalmışdırsa, vekselsaxlayan öz iddia hüququnu, vekseli ödəniş üçün ödəyiciyə təqdim etdikdən və protest verdikdən sonra gerçəkləşdirə bilər.
Vekseli aksept edib-etməməsindən asılı olmayaraq ödəyici, yaxud aksept edilməsi lazım olmayan vekseli verən şəxs iflasa uğramışdırsa, vekselsaxlayanın öz iddia hüququnu gerçəkləşdirməsi üçün iflas haqqında məhkəmə qərarını təqdim etməsi kifayətdir.
8.3. Vekselsaxlayan, akseptdən imtina və ya ödəmədən imtina barəsində öz indossantını və vekselverəni protest günündən sonrakı dörd iş günü ərzində, “məsrəfsiz dövriyyə” qeydi olduqda isə təqdimat günündən sonrakı dörd iş günü ərzində xəbərdar etməlidir. Hər bir indossant aldığı bildiriş barəsində onu aldığı gündən sonrakı iki iş günü ərzində əvvəlki bildirişləri göndərənlərin kimliyini və ünvanlarını göstərməklə, öz indossantına məlumat verməlidir və bu bildirişlər vekselverənə qədər davam etməlidir.
Göstərilən müddətlər əvvəlki bildirişin alındığı andan hesablanır.
Köçürmə veksel üzərində imza atmış hər hansı bir şəxsə bu bənddə göstərilən qaydada bildiriş göndərilərsə, həmin müddət ərzində belə bir bildiriş ona aval verənə də göndərilməlidir.
İndossantlardan hər hansı biri öz ünvanını göstərməyibsə və ya oxunmaz şəkildə yazıbsa, bildiriş vərəqəsinin ondan əvvəlki indossanta göndərilməsi kifayətdir.
Bildiriş göndərməli olan şəxs bunu istənilən şəkildə, hətta köçürmə vekselini sadəcə olaraq qaytarmaq yolu ilə də edə bilər.
O, bildirişi müəyyən edilmiş vaxtda göndərdiyini sübut edə bilməlidir. Əgər bildiriş vərəqəsi olan məktub, poçtla müəyyən edilmiş vaxtda göndərilibsə, vaxt qaydasına əməl olunmuş sayılır.
Bildiriş vərəqəsini yuxarıda göstərilən müddətdə göndərməyən şəxs öz iddia hüquqlarını itirmir və yalnız səhlənkarlığı üzündən yarana biləcək zərərə görə məsuliyyət daşıyır. Bu zaman ödənilən zərərin məbləği köçürmə vekselin məbləğindən artıq ola bilməz.
8.4. Vekselverən, indossant və ya avalverən, vekselə bilavasitə ”məsrəfsiz dövriyyə”, “protestsiz” və ya eyni mənalı başqa bir şərt yazıb imzalamaqla vekselsaxlayanı öz iddia hüquqlarını gerçəkləşdirmək üçün akseptdən və ya ödəmədən imtinaya protesti verməkdən azad edə bilər.
Bu şərt vekselsaxlayanı köçürmə vekseli vaxtında təqdim etməkdən və bildiriş göndərməkdən azad etmir.
Müddətlərə riayət olunmadığını sübut etmək vekselsaxlayan ilə mübahisədə buna istinad edənin üzərinə düşür.
Bu şərt vekselverən tərəfindən yazılıbsa, vekselə imza ataraq üzərinə öhdəlik götürmüş bütün şəxslər üçün qüvvədədir; əgər indossant və ya avalverən tərəfindən yazılıbsa, yalnız onun özü üçün qüvvədədir.
Vekselverən tərəfindən vekseldə yazılan şərtə baxmayaraq, vekselsaxlayan protest verdiyi təqdirdə protest üzrə xərclər onun üzərinə düşür.
Vekseldə bu şərt indossant və ya avalverən tərəfindən yazılıbsa, protest verildiyi təqdirdə protest üzrə xərclər vekseldə imzası olan bütün şəxslərdən tələb edilə bilər.
8.5. Köçürmə vekselini verən, aksept edən, indossamentlə ötürən və ya ona aval verən şəxslərin hamısı vekselsaxlayan qarşısında solidar borclular kimi öhdəlik daşıyırlar.
Köçürmə vekselini saxlayan bu şəxslərin birlikdə hamısına, bəzilərinə və ya ayrılıqda hər hansı birinə qarşı, özü də onların öhdəlik daşıma ardıcıllığını nəzərə almadan iddia qaldırmaq hüququna malikdir.
Köçürmə veksellə bağlı öhdəlik altına girmiş hər bir şəxs də, veksel məbləğini ödədikdən sonra belə bir hüquqa malikdir.
Borclulardan birinə qarşı iddia qaldırılması digər borclulara qarşı, hətta sonrakılar öhdəliyi əvvəlki cavabdehdən sonra götürsələr də, onlara qarşı iddia qaldırılması istisna olunmur.
8.6. Köçürmə vekselini saxlayan, haqqında iddia qaldırdığı şəxsdən:
8.7. Köçürmə vekselini ödəmiş şəxs onun qarşısında məsuliyyət daşıyan şəxslərdən:
ödənilməsini tələb edə bilər.
8.8. Borclu şəxsə qarşı iddia verilmiş və ya verilə biləcək hallarda borclu tərəfindən, iddia predmeti olan məbləğ ödənildikdə köçürmə vekseli protest və ödəmə qəbzi ilə birlikdə ona təqdim olunmasını tələb edə bilər.
Köçürmə vekseli ödəmiş hər bir indossant, özünün və özündən sonrakı indossantların indossamentlərini poza bilər.
8.9. Köçürmə vekselin qismən akseptindən sonra iddia qaldırılarsa, veksel məbləğinin aksept olunmayan hissəsini ödəyən şəxs, veksel üzərində qeyd olunmasını və ödəmə haqqında ona qəbz verilməsini tələb edə bilər.
Bundan başqa, vekseli ödəyənin sonradan başqalarına qarşı iddia qaldıra bilməsi üçün vekselsaxlayan ona vekselin təsdiq edilmiş surətini və protest aktını verməyə borcludur.
8.10. Vekseldə başqa şərt nəzərdə tutulmamışdırsa, iddia qaldırmaq hüququ olan hər bir şəxs veksel üzrə ödənişi, bilavasitə onun qarşısında cavabdeh olan şəxslərin birindən təqdim edilən kimi və həmin borclunun ünvanında ödənilməsi şərti olan yeni veksel (əks tratta) vasitəsilə ala bilər.
8.11. Vekselsaxlayan müəyyən edilmiş müddətlərdə :
indossantlara qarşı, vekselverənə qarşı və akseptantlar istisna olmaqla digər borclulara qarşı öz hüquqlarını itirir.
Akseptə təqdimat üçün vekselverənin qoyduğu vaxt şərtinə riayət etmədiyi təqdirdə, əgər bu şərtin məzmunundan vekselverənin özünü yalnız akseptə görə məsuliyyətdən azad etmək fikri ilə məhdudlaşmırsa, vekselsaxlayan akseptdən və ya ödəmədən imtinaya görə iddia qaldırmaq hüququnu itirir.
Təqdim edilən müddətə indossamentdə şərt qoyulubsa, ona yalnız indossant istinad edə bilər.
8.12. Köçürmə vekselin müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə və ya protest verilməsinə hər hansı qarşısıalınmaz qüvvə maneçilik törədərsə, bu müddətlər uzadılır.
Vekselsaxlayan öz indossantını qarşısıalınmaz maneə haqqında dərhal xəbərdar etməli, tarixini də göstərməklə bu bildiriş barəsində köçürmə vekseldə və ya alonjda qeyd yazmalı və imzasını qoymalıdır; digər cəhətlər haqqında bu bölmənin 3-cü bəndindəki qaydalar tətbiq edilir.
Qarşısıalınmaz maneə aradan qalxdıqdan sonra vekselsaxlayan dərhal vekseli akseptə və ya ödənişə təqdim etməli və lazım gələrsə protest verməlidir.
Qarşısıalınmaz maneə ödəniş vaxtı çatmasından etibarən otuz gündən çox davam edərsə, iddia qaldırmaqdan ötrü vekselin təqdim edilməsi və protest verilməsi zəruri deyil.
Təqdim edilən kimi və ya təqdim edildikdən sonra müəyyən vaxt ərzində ödənilməli olan köçürmə veksel üçün otuz günlük müddət, vekselsaxlayanın öz indossantını qarşısıalınmaz maneə barəsində xəbərdar etdiyi gündən hesablanır. Bu xəbərdarlıq təqdimat müddəti bitməzdən əvvəl də edilə bilər. Təqdim edildikdən sonra müəyyən vaxt ərzində ödənilməli olan köçürmə veksel üçün otuz günlük müddət vekseldə göstərilən vaxt çatdıqdan sonra sayılmağa başlayır.
Şəxsən vekselsaxlayana və ya onun vekseli təqdim etməyi, yaxud protest verməyi həvalə etdiyi şəxsə aid hadisələr qarşısıalınmaz maneə sayılmır.
8.13. Əgər vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə protest icra sənədidir və ödəyicinin hesabındakı vəsaitin mübahisəsiz silinməsi üçün əsasdır. Ödəyənin hesabında vəsait olmadıqda protest verən ərizəçi veksel üzrə öhdəliklərin veksel üzrə borclunun əmlakına yönəldilməsini tələb etmək hüququna malikdir. Sadə vekseli verən köçürmə vekselinin akseptantı ilə eyni əsaslar üzrə məsuliyyət daşıdığı üçün bu bənd sadə vekselə də tətbiq edilir.
8.14. Veksel üzrə ödəyicinin əmlakı hesabına vekselsaxlayanın tələblərinin ödənilməsi hüququ bu əsasnamənin 8.13-cü bəndində göstərilən hal istisna olmaqla, yalnız məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilir. Vekselin etibarsız sayıldığı hallar istisna olmaqla, məhkəmə veksel verilməsinə əsas olan müqavilə şərtlərindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında tezləşdirilmiş prosedur üzrə (yeddi iş günü ərzində) veksel saxlayanın xeyrinə qərar çıxarmalıdır.
IX. Köçürmə vekselin nüsxələri
9.1. Köçürmə veksel bir-birinin eyni olan bir neçə nüsxədə verilə bilər.
Bu nüsxələrə, onların mətninə «nüsxə» sözü yazılmaqla ardıcıl nömrələr qoyulur. Əks təqdirdə nüsxələrin hər birinə ayrıca köçürmə vekseli kimi baxılır.
Vekseldə onun tək bir nüsxədə verildiyi göstərilməyibsə, vekselsaxlayan öz hesabına, ona bir neçə nüsxənin verilməsini tələb edə bilər. Bu məqsədlə o, öz indossantına müraciət etdikdə bu indossant və ondan əvvəlki indossantlar sıra ilə bir-birlərinə və birinci indossant isə vekselverənə müraciət etməlidir. Đndossantlar yeni nüsxələr üzərinə öz indossamentlərini yenidən yazmağa borcludurlar.
9.2. Vekselin hər hansı bir nüsxəsi üzrə ödəniş yerinə yetirilmişdirsə, ödənilmiş bu nüsxə digər qalan nüsxələr üzrə ödəmə aparılmasından azad edir (hətta veksel üzərində müvafiq şərt qeyd edilməsə də). Eyni zamanda ödəyici ona geri qaytarılmayan akseptləşdirdiyi hər bir veksel nüsxələrinə görə məsuliyyət daşıyır.
Nüsxələri müxtəlif şəxslərə verən indossant və ondan sonrakı indossantlar imza atdıqları və onlara qaytarılmamış bütün nüsxələrə görə məsuliyyət daşıyırlar.
9.3. Nüsxələrdən birini aksept üçün göndərən şəxs, bu nüsxəni saxlayan şəxsin adını digər nüsxələr üzərində qeyd etməlidir. Nüsxəni əlində saxlayan şəxs, həmin nüsxəni digər nüsxənin qanuni sahibinə verməlidir.
Onun bu tələbindən imtina edildiyi halda vekselsaxlayan protestlə təsdiq olunmuş aşağıdakı tələbləri irəli sürə bilər:
X. Köçürmə vekselin surətləri
10.1. Hər bir köçürmə vekselini saxlayan onun surətlərini çıxarmaq hüququna malikdir. Surət indossamentlər və bütün başqa qeydlər də daxil olmaqla sənədin əslini eynilə təkrarlamalı və harayadək çatdırıldığını göstərməlidir.
Surət, əsli ilə eyni qaydada və eyni nəticələr törətməklə indossament vasitəsilə ötürülə və aval predmeti ola bilər.
10.2. Surətdə sənədin əslinin kimdə olması göstərilməlidir. Sənədin əslini saxlayan şəxs onu, surətin qanuni sahibinə verməlidir. O, bundan imtina etdikdə vekselsaxlayan indossantlara və ya avalverənlərə qarşı öz iddia qaldırmaq hüququnu tələbinə baxmayaraq, sənədin əslinin ona verilmədiyini protestlə təsdiq etdikdən sonra həyata keçirə bilər.
Əgər sənədin əslində, surət çıxarılmazdan əvvəl sonuncu indossametdən sonra “buradan etibarən yalnız surətdəki indossamentlər həqiqidir” və ya eyni mənalı hər hansı başqa qeyd varsa, bundan sonra sənədin əslində yazılan indossamentlər etibarsızdır.
XI. Dəyişikliklər
Köçürmə vekselin mətnində dəyişiklik edildiyi halda, bu dəyişiklikdən sonra imza atmış şəxslər dəyişdirilmiş mətnin məzmununa müvafiq olaraq, dəyişiklikdən əvvəl imza atmış şəxslər isə əvvəlki mətnin məzmununa müvafiq olaraq cavabdehdirlər.
XII. Müddətlərin hesablanması
Ödəniş vaxtı qanunvericiliyə əsasən iş günü olmayan hər hansı bir günə düşən köçürmə vekselin ödənməsi sonrakı ilk iki iş günündə tələb oluna bilər. Eyni qayda ilə köçürmə veksellə bağlı bütün başqa hərəkətlər, xüsusən aksept üçün təqdimat və protest verilməsi yalnız iş günü icra oluna bilər.
Bu hərəkətlərdən hər hansı birinin icrasının son günü, qanunvericiliyə əsasən iş günü olmayan bir günə düşərsə, bu müddət sonrakı ilk iş gününədək uzadılır. Müddətlər içindəki iş günü olmayan günlər müddət hesabına daxildir.
Köçürmə veksellərdə nə qanuni, nə də məhkəmə qaydasında tanınan əlavə imtiyazlı günlərə yol verilmir.
XIII. Sadə vekselin tərtib edilməsi və forması
13.1. Sadə vekselin blankında aşağıdakılar əks etdirilməlidir:
a) sənədin adı kimi onun yazıldığı dildə "Sadə veksel" sözləri;
b) müəyyən bir məbləği şərtsiz ödəmək vədi;
v) ödəniş vaxti;
q) ödəniş yeri;
d) ödənişin çatacağı və ya ödəniş barəsində sərəncam verən şəxsin adı;
e) vekselin verilmə tarixi və yeri;
ə) vekselverənin imzası;
j) veksel blankını çap etmiş mətbəənin adı və QKDK tərəfindən verilmiş lisenziyanın nömrəsi, tarixi və VÖİN-i.
13.2. Aşağıdakı hallar istisna edilməklə, bu bölmənin birinci bəndində göstərilən müddəalardan hər hansı birinin olmadığı halda, sənəd sadə veksel hesab olunmur.
a) ödəniş vaxtı qöstərilməyibsə, sənəd təqdim edilən kimi ödənməli olan veksel sayılır;
b) ayrıca bir göstəriş yoxdursa, ödəyiçinin adi yanında qeyd edilmiş yer həm də ödəniş yeri və eyni zamanda ödəyiçinin iqamətgahı sayılır;
v) verilmə yeri göstərilməyən sadə veksel vekselverənin adı yaninda qeyd edilmiş yerdə imzalanmış sayılır.
13.3. Köçürmə veksellərə tətbiq edilən aşağıdakı qaydalar sadə vekselin mahiyyətinə zidd olmadıqda sadə veksellərə də şamil edilir.
İndossament (bölmə – III)
ödəniş müddəti (bölmə - VI)
ödəniş (bölmə - VII)
akseptdən və yaxud ödəmədən imtina hallarında iddia (reqress) (bölmə - VIII)
surətləri (bölmə - X)
dəyişikliklər (bölmə - XI)
Köçürmə vekselə aid olan, ödənişin üçüncü şəxsin ünvanında və ya ödəyicinin ünvanında deyil, başqa ünvanda icra edilməsi (bənd 2.4; 4.6), faiz şərtləri (bənd 2.5 ), köçürmə vekseli üzərində qeyd edilmiş veksel məbləğinin yazılışı zamanı səhvən müxtəlif məbləğlərin yazılması (bənd 2.6), mötəbər olmayan hər hansı bir imzanın nəticələri (bənd 2.7) və təmsilçilik səlahiyyəti haqqında olan (bənd 2.8) müddəalar sadə vekselə də şamil edilir (bölmə 5).
Köçürmə vekselin avalı haqqında olan müddəalar bütövlükdə sadə vekselə də şamil edilir (bölmə 5).
13.4. Sadə veksel üzrə vekselverən, köçürmə veksel üzrə akseptant kimi məsuliyyət daşıyır.
Təqdim edildikdən sonra müəyyən vaxt ərzində ödənməli olan sadə veksel, 4-cü bölmənin 4.3-cü bəndində göstərilən müddət ərzində qeyd edilmək üçün vekselverənə təqdim edilməlidir. Vekselverən sənədin ona təqdim edildiyini, təqdimat tarixini də göstərməklə sadə veksel üzərində qeyd etməli və imza atmalıdır. Təqdimat müddəti vekseldə, vekselverənin imza atdığı gündən etibarən hesablanır. Vekselverən vekselin ona təqdim olunduğunu, tarixini də göstərməklə, qeyd etməkdən imtina edərsə, vekselsaxlayan müvafiq protestlə iddia qaldırmaq hüququndan istifadə edir (bənd 4.4). Bu təqdirdə müddət, protest verildiyi gündən etibarən hesablanır.
XIV. Vekselin çap olunması və dövlət reyestrinə salınması
14.1. Veksel blankları bu Əsasnamənin 1 və 2 №-li əlavələrində göstərilmiş vahid nümunələr üzrə çap olunur.
14.2. Veksel blanklarının çap olunması QKDK-dan xüsusi razılıq (lisenziya) almış mətbəələr tərəfindən həyata keçirilir.
14.3. Veskellərin dövlət reyestrində qeydiyyata alınması QKDK tərəfindən həyata keçirilir.
14.4. Vekselverənlər, tərtib edilmiş veksel blanklarını dövlət reyestrinə daxil etmək üçün, aşağıdakı sənədlərlə birlikdə QKDK-ya təqdim etməlidir:
14.5 Bu əsasnaməyə uyğun olaraq sənədlər tam təqdim edildikdən sonra 7 iş günü ərzində qeydiyyat orqanı tərəfindən baxılaraq, veksellərin qeydiyyata alınması və ya imtina edilməsi barədə qərar qəbul edir.
14.6 Vekselin qeydiyyata alınması barədə qərar qəbul edildikdən sonra vekselə QKDK- nın ştampı vurulur və dövlət reyestrinə daxil edilir.
14.7 Yalnız dövlət reyestrinə daxil edildikdən sonra veksel hüquqi qüvvəyə minir . Veksel hüquqi qüvvəyə mindikdən sonra vekselverən və digər ödəyicilər tərəfindən veksel üzrə öhdəliklərin icrası məcburidir. Veksel üzrə öhdəliklərə görə qeydiyyat orqanı məsuliyyət daşımır.
14.8 Ərizəçi təqdim etdiyi sənədlərdə və vekseldə olan məlumatın tamlığı və düzgünlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
14.9 Çıxarılıb. (1)
14.10 Veksellərin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:
14.11 Ödəyici veksel üzrə öhdəliklərini tam icra etdikdən sonra dövriyyədən çıxmış vekselin bütün rekvizitlərini tam əks etdirməklə dövlət qeydiyyatı orqanına yazılı məlumat verir.
XV. Uçot təşkilatının qeydiyyatı
15.1. Azərbaycan Respublikasında veksellərin uçotu (diskontlaşdırılması), inkassaya qəbul edilməsi, veksellərin ödənilməsi üzrə xidmətlərin göstərilməsi və veksellər üzrə digər əməliyyatları yalnız QKDK-da qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel evləri və diqər ixtisaslaşdırılmış maliyyə-investisiya müəssisələri) həyata keçirilə bilər.
15.2. Qeydiyyata alınmaq üçün uçot təşkilatı QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:
15.3. Çıxarılıb. (1)
15.4. Sənədlər tam təqdim edildiyi gündən 15 iş günü ərzində QKDK tərəfindən baxılır, sənədlərdə çatışmamazlıq və ya qeydiyyatdan imtina üçün əsas olmadıqda, uçot təşkilatının qeydiyyatı aparılır və bu barədə ona müvafiq şəhadətnamə verilir. (Əlavə № 3)
XVI. Uçot təşkilatının əməliyyatları
16.1. Uçot təşkilatı veksellərlə aşağıdakı əməliyyatları apara bilər:
16.2. Veksellərin uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır.
Uçot təşkilatı uçot üçün qəbul olunmuş veksellərə görə veksel- saxlayanlara qəbz verir və xüsusi reyestrdə qeyd aparır.
Uçot üçün təqdim edilmiş veksellərdə, vekselverən blank indossamentini qoymalıdır.
16.2.1. Uçot üçün təqdim olunmuş veksellərin hüquqi və iqtisadi cəhətdən etibarlılığı uçot təşkilatı tərəfindən araşdırılmalıdır.
Hüquqi cəhətdən vekselin etibarlılıqını yoxlamaq məqsədilə uçot təşkilatı vekselin düzgün tərtib olunduğuna, qeydiyyat haqqının ödənilməsinə və vekselin dövlət uçot reyestrinə salınmasına əmin olmalıdır. Đqtisadi cəhətdən vekselin etibarlılığını yoxlamaq məqsədilə uçot təşkilatı veksel üzrə ödəyicinin və indossantların ödəmə qabiliyyətlərinin olmasına əmin olmalıdır.
16.2.2. Protest edilmiş veksellərin uçotuna yol verilmir.
16.2.3. Veksellər uçota qəbul olunduqdan sonra uçot təşkilatı tərəfindən blank indossamentinin üzərində “hüquqi şəxsin adı’’ “əmrinə ödənilsin” yazılışı aparılır.
16.2.4. Veksellərin uçotu zamanı tutulan uçot faizi (diskont) uçot təşkilatı tərəfindən aşağıdakı qayda ilə hesablanır:
K x T x F
D = --------------------
360 x 100
15
burada: D - diskontun məbləği
K - vekselin məbləği
T - vekselin uçotu tarixindən onun ödənilmə tarixinə (ödəniş günü hesablanmır) qədər olan müddət
F - uçot təşkilatının uçot faizi.
16.2.5. Vekselsaxlayan veksel məbləğindən bu Əsasnaməyə uyğun olaraq hesablanmış diskont məbləğini çıxdıqdan sonra qalan vəsaiti alır.
Ödəniş vaxtı çatdıqda uçot təşkilatı vekseli ödəyiciyə təqdim edir, ödənişi alır və bu barədə reyestrində müvafiq qeyd aparır.
16.3. Uçot təşkilatı tərəfindən vekselin inkassaya qəbul edilməsi - veksel saxlayanların tapşırığı ilə veksellər üzrə ödəmə müddəti çatıqda, ödəyicidən veksel məbləğinin tələb edilməsi üçün qəbul edilməsidir.
16.3.1. Veksel uçot təşkilatına inkassaya verildikdə vekselin üzərində «Đnkasso üçün», «Məbləğin alınmasını həvalə edirik», «Ödəmənin alınması üçün» və ya digər eyni mənalı ifadələri yazmaqla, veksel- saxlayan həvalə indossamentini həyata keçirir.
16.3.2. Uçot təşkilatı vekseli inkassaya qəbul etdikdə vekseli vaxtında ödəməyə təqdim etməli və ödəyicidən veksel məbləğini alaraq veksel- saxlayana verməlidir.
16.3.3. Ödəyiçi ödəmədən imtina etdikdə, uçot təşkilatı vekseli ödənilməməsi haqqında protest etmə prosedurasından keçirərək sonradan veksel- saxlayana qaytarmalıdır.
16.3.4. Đnkassanın həyata keçirilməsinə görə uçot təşkilatı əvvəlcədən tərəflərin razılaşdırdıqları tarif dərəcəsinə və ya rəsmi tarifinə uyğun olan komisyon haqqını vekselsaxlayandan ala bilər.
16.4. Veksellərin domisilyasiyası - ödəyicinin tapşırığına əsasən vekseldə müəyyən edilmiş müddətdə uçot təşkilatı tərəfindən ödəmənin həyata keçirilməsidir.
16.4.1. Veksellərin domisilyasiyası, yalnız, ödəyicinin uçot təşkilatında vekselin məbləğini ödəmək üçün kifayət qədər vəsaiti olduqda həyata keçirilə bilər. Ödəyicinin uçot təşkilatında kifayət qədər vəsaiti olmadığı halda, uçot təşkilatı ödəmədən imtina edə bilər və bu halda veksel adi qaydada ödəyiciyə qarşı protestə göndərilir.
16.4.2. Domisilyasiya əməliyyatının aparılmasına görə uçot təşkilatı tərəflərin əvvəlcədən razılığı əsasında müəyyən edilmiş komisyon haqqını ödəyicidən ala bilər.
16.5. Uçot təşkilatları həyata keçirdiyi əməliyyatlar barəsində QKDK-nın müəyyən etdiyi formada ona, mühasibat hesabatının təqdim edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətdə rüblük və illik hesabat verməlidirlər.
16.6. Uçot təşkilatlarının malik olduqları veksellərin yenidən uçotu Milli Bank tərəfindən həyata keçirilir. Təkrar uçot üçün təqdim edilən veksel ödəyicinin bankı tərəfindən mütləq aksept olunmalıdır.(2)
XVII. Məsuliyyət
Bu Əsasnamənin müddəalarını pozan şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
XVIII. sasnamənin qüvvəyə minməsi
Bu Əsasnamə imzalandığı qündən qüvvəyə minir.
Əlavə 1
KÖÇÜRMƏ VEKSEL (Tratta) № __________
_________________________________________ Veksel _______
məbləğdə
(tarix və tərtib olunduğu yer) (məbləğ rəqəmlə)
Vekselverən
_____________________________________________________
(tam adı, hüquqi ünvanı, bank rekvizitləri)
Ödəyiciyə
_________________________________________________________
(tam adı, hüquqi ünvanı, bank rekvizitləri)
Təklif (Əmr) edir ki, ________________________________________
məbləğini
(məbləğ sözlə)
________________________________________________________
müddətdə
(təqdim edilən kimi, tərtib və ya təqdim olunduqdan sonra müəyyən vaxt ərzində, təyin edilmiş gündə)
________________________________________________________
___
(veksel məbləğini alanın adı, hüquqi ünvanı, bank rekvizitləri)
və ya onun əmrilə digər müəssisəyə (vətəndaşa) ödəyəsiniz.
Ödəniş yeri
______________________________________________________
(şəhər, qəsəbə, kənd)
Vekselverən: _____________________________
(vəzifəsi, adı, soyadı, atasın adı) (imza)
M. Y.
______________________________ _______________________
(baş mühasibin adı, soyadı, atasın adı) (imza)
AVAL ÜÇÜN
(veksel tapşırığı)
Kim üçün
________________________________
_________________________________
məbləğə
Avalistin tam adı, hüquqi ünvanı və bank
rekvizitləri
________________________________
________________________________________
_____
________________________________________
_____
İmza ____________________________
M.Y.
Tarix ___________________________
Əlavə 3
Azərbaycan Respublikası Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
ŞƏHADƏTNAMƏ №
Verilir ondan ötriki, QKDK tərəfindən ____________________________
____________________________________________________________
(hüquqi şəxsin adı və rekvizitləri)
______________________________________________ uçot təşkilatı kimi
“______” __________________ 200___ -ci il tarixində qeydə alınmışdır.
Qeydiyyat № __________________
Sədr. H. A. BABAYEV
M. Y.