Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən veksellərin yenidən uçotu haqqında müvəqqəti
Q A Y D A L A R
(15.04.2010-cu il tarixli dəyişikliklərlə)
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (irəlidə – QKDK) haqqında Əsasnaməyə və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında veksel dövriyyəsi haqqında» Əsasnaməyə (irəlidə - Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (irəlidə – Mərkəzi Bank) tərəfindən sadə veksellərin (irəlidə - veksellər) yenidən uçota alınmasını tənzimləyir.
1. Ümumi müddəalar
1.1. Mərkəzi Bank veksellərin yenidən uçotunu yeritdiyi pul-kredit siyasətinin məqsədlərinə müvafiq surətdə kredit əməliyyatlarının bir növü kimi həyata keçirir və aparılan əməliyyatların həcmini müstəqil surətdə müəyyənləşdirir.
1.2. Mərkəzi Bank rəsmi uçot (diskont) dərəcəsini pul bazarının ümumi vəziyyətindən, kreditlər üzrə tələb və təklifdən asılı olaraq müəyyənləşdirir. Mərkəzi Bank uçot (diskont) siyasətini dövlətin pulkredit siyasəti çərçivəsində bankların uçot (diskont) dərəcələrinə təsir göstərmək üçün həyata keçirir.
1.3. Mərkəzi Bank kommersiya banklarından uçota alınmış vekselləri yenidən uçota geri almaq şərtilə alır.
1.4. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.4.1. Veksel - qanunvericiliyə görə təsdiq olunmuş formada dəqiq tərtib olunmuş, öhdəliyin vaxtı bitdikdən sonra sahibinə (vekselsaxlayana) vekseldə göstərilmiş məbləğin vekselverəndən, borcludan və ya veksel məbləğini ödəməyi üzərinə götürən şəxsdən həmin məbləği şərtsiz tələb etmək hüququ verən, yazılı borc öhdəliyini əks etdirən qiymətli kağızdır;
1.4.2. Sadə veksel - vekselverənin, vekseldə göstərilmiş pul məbləğini tələb edildikə və ya müəyyən edilmiş digər bir vaxtda vekselsaxlayana şərtsiz ödəyəcəyi barədə öhdəliyini ifadə edən qiymətli kağızdır;
1.4.3. Veksellərin yenidən uçotu - vekselin uçotunu aparan bankdan uçota aldığı vekselləri ödəniş tarixindən əvvəl Mərkəzi Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə alınmasıdır;
1.4.4. Veksel verən (emitent) – Azərbaycan Respublikasının rezidenti olan və veksel buraxan müəsissə və təşkilatlar;
1.4.5. Uçot aparan bank – Mərkəzi Bankın müəyyən etdiyi məcburi iqtisadi normativlərə əməl edən və QKDK–da uçot təşkilatı kimi qeydiyyatdan keçmiş müvvəkil bankdır. Uçot aparan bank domisiliyant vəzifəsini yerinə yetirir;
1.4.6. Veksel məbləği (vekselin nominalı)- vekselin üzərində yazılmış və ödənilməli olan məbləğ;
1.4.7. Diskont – veksellərin uçotu zamanı Mərkəzi Bank tərəfindən alınan məbləğdir;
1.4.8. İndossament – vekseldən irəli gələn bütün hüquqları sonuncu vekselsaxlayandan növbəti saxlayana ötürən vekseldə aparılan ötürücü yazıdır;
1.4.9. İndossant – vekseldə ötürücü yazını (indossamenti) yazan şəxsdir;
1.4.10. İndossat – - ötürücü yazı (indossament) əsasında veksel ötürülən şəxs ;
1.4.11. Allonj – vekseldə qeydlərin yazılması üçün yer olmadıqda üzərində yazılar yazmaq, avalları, akseptləri və sairəni rəsmiləşdirmək üçün vekselə əlavə edilmiş kağız vərəqidir;
1.4.12. Aval - vəkseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanətidir;
1.4.13. Domisiliyasiya - veksel üzrə hər hansı bir üçüncü tərəfin ödəyici təyin olunmasıdır;
1.4.14. Vekselin protesti - akseptdən və ya ödəmədən imtina faktlarının səlahiyyətli dövlət orqanı (notarius) tərəfindən rəsmi təsdiq edilməsidir;
1.5. Mərkəzi Bank vekselləri yenidən uçota qəbul etdikdə veksel məbləğindən Mərkəzi Bankın rəsmi uçot (diskont) dərəcəsinə uyğun
olaraq müəyyən diskont tutulur. Tutulan diskontun məbləği aşağıdakı düstüra əsasən hesablanır.
burada:
D – veksel məbləğindən tutulan diskontun məbləği;
K – vekselin məbləği;
T – vekselin yenidən uçotu tarixindən onun ödənilmə tarixinə qədər olan müddət;
F – Mərkəzi Bankın rəsmi uçot dərəcəsi.
2. Veksellərin yenidən uçot proseduru
2.1. Veksellərin yenidən uçota alınması veksellərin yenidən uçotu haqqında Mərkəzi Bank və uçot aparan bank arasında yazılı şəkildə bağlanmış müqavilə əsasında aparılır. (Əlavə №1).
2.2. Vekseli yenidən uçota təqdim etmək istəyən uçot aparan bank aşağıdakılardan ibarət sənədlər zərfini Mərkəzi Banka təqdim edir:
2.2.1. vekselin yenidən uçota qəbul edilməsi üçün ərizə (əlavə № 2);
2.2.2. vekselin əsli (allonj varsa, onunla birlikdə);
2.2.3. veksel verənin son iki ilin maliyyə hesabatı sənədlərini;
2.2.4. veksellərin dövlət reyestrindən çıxarış.
2.3. Sənədləri qəbul edərkən Mərkəzi Bankın müvəkkil bölməsinin veksellərin yenidən uçotu üçün məsul olan işçisi (irəlidə – məsul işçi) sənədlərin qəbulunun qeydiyyatı jurnalını doldurur (əlavə №3).
2.4. Mərkəzi Bank tərəfindən yenidən uçota qəbul olunan veksellərin məzmunu qarşısında qoyulan tələblər bu Qaydaların 3-cü fəsilində müəyyən edilir.
2.5. Vekselin yenidən uçota alınması və ya onu yenidən uçota almaqdan imtina edilməsi haqqında qərar Mərkəzi Bank tərəfindən siyahısı bu Qaydalarda müəyyən edilmiş sənədlərin tam zərfi alındığı gündən başlayaraq 5 iş günü ərzində qəbul olunur.
2.6. Mərkəzi Bank vekselin yenidən uçota qəbul edilməsi və ya imtina haqqında qərar qəbul etdikdə banka məlumat verir.
2.7. Vekselin yenidən uçota qəbul olunması məsələsi müsbət həll edildikdə bank Mərkəzi Bankın xeyrinə indossamenti rəsmiləşdirir və vekseli məsul şəxsə təqdim edir. Mərkəzi Bankın xeyrinə edilən indossamentdə indossantı veksel üzrə ödəniş məsuliyyətindən azad edən şərtlərin daxil edilməsinə icazə verilmir.
2.8. Mərkəzi Bankın xeyrinə indossamenti rəsmiləşdirmək səlahiyyətlərinə yalnız uçot aparan bankın İdarə Heyətinin sədri malikdir.
2.9. Mərkəzi Bankın xeyrinə indossamenti olan vekselin əslini aldıqdan sonra Mərkəzi Bank növbəti iş günündən gec olmayaraq diskontu, poçt xərclərini və digər xərcləri çıxmaqla vekselin məbləğini bankın xeyrinə köçürür.
2.10. Mərkəzi Bank və uçot aparan bank arasında bağlanmış müqaviləyə əsasən vekseli yenidən uçota təqdim etmiş bank həmin vekselin ödəniş tarixinə iki iş günü qalmış veksel məbləğini Mərkəzi Banka ödəməlidir.
3. Yenidən uçota qəbul edilən veksellər üzrə qoyulan tələblər
3.1. Mərkəzi Bank tərəfindən yenidən uçota qəbul edilən veksellər aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. veksellərin ödəniş müddəti bir aydan az və bir ildən çox olmamalıdır;
3.1.2. veksel məbləği Azərbaycan manatında göstərilməlidir və Azərbaycan dilində tərtib olunmalıdır;
3.1.3. veksellərin emitentləri sabit maliyyə vəziyyətinə malik olan Azərbaycan Respublikasının rezidentləri olmalıdırlar;
3.1.4. veksel üzrə ödəniş müddəti müəyyən bir gün göstərilməlidir. «Təqdim edilən kimi», «Təqdim olunduqdan sonra müəyyən vaxt ərzində», «Tərtib olunduqdan sonra müəyyən vaxt ərzində» müddətləri ilə veksellər yenidən uçota qəbul olunmur;
3.1.5. vekseldə faizlərin hesablanması barədə şərt olmamalıdır;
3.1.6. ödəniş yeri kimi vekselin uçotunu aparmış kommersiya bankı göstərilməlidir (domisiliyasiya haqqında qeyd). Vekseldə «ödəniş _____________ ünvanında yerləşən ( uçot aparan bankın adı) aparılsın» göstərişi domisiliyasiya haqqında qeydidir ;
3.1.7. vekseldə hər hansı məhdudlaşdırıcı qeyd olmamalıdır;
3.1.8. vekselin əsli olmalıdır. Surətlər yenidən uçota qəbul olunmur;
3.1.9. veksellər QKDK tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında veksel dövriyyəsi haqqında» Əsasnamənin (irəlidə - Əsasnamə) tələblərinə uyğun olaraq müvafiq qaydada çap olunmalı və
dövlət reyestrinə salınmalıdır.
3.2. Mərkəzi Bank uçot aparan bank qarşısında yenidən uçota təqdim edilən vekselin başqa bir kommersiya bankı tərəfindən avallaşdırılması haqqında şərti qoya bilər.
3.3. Mərkəzi Bank aşağıdakı hallarda bankın veksellərini yenidən uçota qəbul etməkdən imtina edə bilər:
3.3.1. veksel üzrə ödəniş tarixinə qalan müddət bir aydan az olduqda;
3.3.2. vekselin məzmunundan onun ödəniş yeri, veksel üzrə vəzifə daşıyan şəxslərin ödəmə qabiliyyəti barədə birmənalı nəticə çıxarmaq mümkün olmadıqda, yaxud vekselin mətnində veksel üzrə hüquqların həyata keçirilməsinə imkan verməyən başqa nöqsanlar olduqda;
3.3.3. veksel bu Qaydaların 3.1. bəndində göstərilən tələblərinə cavab vermədikdə.
4. Yenidən uçota qəbul olunmuş veksellərin qeydiyyatı
4.1. Mərkəzi Bank yenidən uçota qəbul olunmuş veksellərin qeydiyyatı üçün xüsusi nəzarət kitabı aparır. Nəzarət kitabında hər müştəri üzrə yenidən uçota qəbul olunmuş veksellərin sayı, məbləği və valyutası, həmin veksel üzrə ödəyici və ödəyici tərəfindən ödənilmiş veksellərin miqdarı qeyd olunur.
4.2. Mərkəzi Bankın kredit portfelində veksellər aşağıdakı meyarlar üzrə təsnifləşdirilir:
5. Veksellərin yenidən uçotu əməliyyatları haqqında informasiyaların yayılması
5.1. Mərkəzi Bank veksellərin yenidən uçotu əməliyyatları, o cümlədən yenidən uçot dərəcəsi haqqında məlumatları kütləvi informasiya vasitələri, internet şəbəkəsi və özünün informasiya bülletenləri vasitəsilə yayır.
6. Yekun müddəalar
6.1. Bu Qaydalar QKDK tərəfindən razılaşdırıldığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin 2002-ci il «____» ________ tarixli
qərarı ilə təsdiq edilmiş (protokol № ______) və
Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
tərəfindən 2002-ci il «____» ________ tarixində
təsdiq edilmiş (əmr № ___)
«Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən veksellərin yenidən uçotu haqqında müvəqqəti
Qaydaları»na
Əlavə № 1
Veksellərin yenidən uçota alınması haqqında
Müqavilə
Bakı şəhəri «__» «_________» 200_- ci il
«Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikası Qanunu əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Mərkəzi Bankı (irəlidə- «Mərkəzi Bank»), İdarə Heyətinin üzvü, Baş Direktor______________________________şəxsində bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən (bankın adı, irəlidə-«Bank»), İdarə Heyəti Sədri ______________________________şəxsində, digər tərəfdən (irəlidə-«tərəflər») aşagıdaki şərtlərlə bu Müqaviləni bağladılar.
1. Ümumi müddəalar
Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
2. Müqavilənin predmeti
2.1. Bu Müqavilənin qüvvədə olduğu müddətdə Mərkəzi Bank Bankın _________ qeydiyyat nömrəli veksellərini yenidən uçota geri satın alma şərtilə alır. Bu əməliyyat zamanı Bank vekselləri Mərkəzi Banka
vekselin qiyməti ilə satır və həmin vekselləri vekselin məbləği həcmində geri satın almağı öhdəsinə götürür.
2.2. Mərkəzi Bank Bankın veksellərini «__» _________ il tarixindən etibarən ___ gün müddətinə ____________manat məbləğində alır.
2.3. Bank «_» ______ il tarixdə vekselləri tam məbləğdə ödəməklə onları geri almağı öhdəsinə götürür.
3. Tərəflərin hüquq və öhdəlikləri
3.1. Mərkəzi Bankın xeyrinə indossamenti olan vekselin əslini aldıqdan sonra Mərkəzi Bank növbəti iş günündən gec olmayaraq diskontu çıxmaqla vekselin məbləğini Bankın müxbir hesabına köçürür.
3.2. Mərkəzi Bank yenidən uçota alınmış vekselin ödəmə vaxtı çatdıqda ilknövbəli ödənişlər aparıldıqdan sonra veksel məbləğinə bərabər vəsaiti həmin vekseli uçota almış Bankın müxbir hesabından qeydşərtsiz qaydada silmək hüququna malikdir.
3.3. Veksellərin məbləği ödənildikdən sonra veksellərin əsli Mərkəzi Bank tərəfindən Banka qaytarılır.
3.4. Geri satın alma tarixinə Bankın veksel məbləğini ödəmək üçün Mərkəzi Bankdakı müxbir hesabında yetərli vəsait olmadığı halda Mərkəzi Bank tərəfindən veksel üzrə veksel verənə tələblər təqdim
etmək yolu ilə vekseldən protest verilir.
3.5. Bank vekseli geri alma vaxtından əvvəl almaq hüququna malikdir.
Veksellərin vaxtından əvvəl geri alınması Bankın təşəbbüsülə keçirildiyi halda Mərkəzi Bank Banka bu zaman heç bir diskont ödəmir.
4. Müqavilənin qüvvədə olduğu müddət
4.1. Müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir.
4.2. Müqavilə tərəflər bir-birinin qarşısında Müqavilə qüvvədə olduğu müddət ərzində yaranan öhdəlikləri icra etdiyi təqdirdə xitam verilmiş hesab olunur.
4.3. Müqavilə iki nüsxədə tərtib olunur və tərəflərin hər birində onun bir nüsxəsi saxlanılır.
5. Mübahisələrin həlli
5.1. Bu Müqavilənin icrası zamanı fikir ayrılıqları çıxdıqda tərəflər onların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.
5.2. Tərəflərin qarşılıqlı razılığını əldə etmək mümkün olmadıqda mübahisələrə məhkəmədə qanunla müəyyən edilmiş qaydada baxılır.
6. Tərəflərin hüquqi ünvanları
Mərkəzi Bank Bank
Azərbaycan Respublikası
Mərkəzi Bankı
_____________________________
Bakı şəhəri, Rəşid Behbudov küçəsi 32 _____________________________
7. Tərəflərin təsdiqi
Mərkəzi Bank Bank
İdarə Heyətinin üzvü, Baş Direktor İdarə Heyətinin sədri
_____________________ ____________________________
M.Y M.Y.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin 2002-ci il «____» ________ tarixli
qərarı ilə təsdiq edilmiş (protokol № ______) və
Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
tərəfindən 2002-ci il «____» ________ tarixində
təsdiq edilmiş (əmr № ___)
«Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən veksellərin yenidən uçotu haqqında müvəqqəti
Qaydaları»na
Əlavə № 2
Vekselin yenidən uçota qəbul edilməsi üçün ərizə
________________________________________________________
(vekseli təqdim edən uçot aparan bankın adı)
______________________________________________________________
(vekselin məbləği rəqəmlə və yazı ilə)
məbləğində vekselin yenidən uçota alınmasını xahiş edir.
______________________________________________________________
(veksel verənin adı və yaşayış yeri/olduğu yer)
İndossantlar
______________________________________________________________
______________________________________________________________
(indossantların adı və yaşayış yeri/olduğu yer)
Veksel üzrə vəzifə daşıyan digər şəxslər
_______________________________________________________________
________________________________________________________________
(veksel üzrə vəzifə daşıyan digər şəxslərin adı və yaşayış yeri/olduğu yer)
Veksel üzrə ödəniş müddəti ___________________________________
Ödəniş yeri __________________________________________________
Vekselin mətninə daxil edilmiş şərtlər _________________________
______________________________________________________________
Vekselin valyutası ____________________________________________
Ərizəçi ______________ (İmza)
M.Y.