AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI
Q Ə R A R
№ Q-10
Bakı şəhəri 21 dekabr 2012-ci il
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 02 iyul tarixli 289 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin:
1.1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması Qaydaları” (1 nömrəli əlavə);
1.2. “Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi Qaydaları” (2 nömrəli əlavə);
1.3. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydaları” (3 nömrəli əlavə);
2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normativ hüquqi aktların qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2010-cu il 15 dekabr tarixli İ-211 nömrəli Əmri ləğv edilsin.
3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, Hüquq şöbəsi ilə birlikdə bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
4. Bu qərarın icrasına nəzarət nazir müavini Azər Bayramova həvalə edilsin.
Kollegiyanın sədri,
Azərbaycan Respublikasının
maliyyə naziri,
Samir Şərifov
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
21 dekabr 2012-ci il tarixli
Q-10 №-li kollegiya qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun məqsədləri üçün annuitet haqqının hesablanması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.2.1. aktuar prinsipləri – sığorta tariflərinin, sığorta ehtiyatlarının və sığorta ödənişlərinin hesablanması zamanı aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablama metodlarına əsaslanan prinsiplər;
1.2.2. gətirilmiş gözlənilən dəyər – faiz dərəcəsi və faydalanan şəxsin (şəxslərin) yaşı (yaşları) nəzərə alınmaqla hesablanan (diskontlaşdırılan) gələcək tarixlərə aid məbləğlərin birdəfəlik ödəniş tarixinə gətirilən gözlənilən (ehtimal olunan) dəyəri;
1.2.3. annuitet – müəyyən müddət ərzində dövri ödənişlərin həyata keçirilməsini nəzərdə tutan mexanizm;
1.2.4. prenumerando annuitet– ödənişləri dövrün əvvəlində həyata keçirilən annuitet.
2. Xalis annuitet haqqı
2.1. Xalis annuitet haqqının hesablanması zamanı sığortaçı annuitet sığortası sinfi üzrə formalaşdırdığı sığorta ehtiyatlarının təmin olunması üçün qəbul edilmiş aktivlərin investisiya portfeli üzrə gəlirliliyinin proqnozlaşdırılan səviyyəsinə bərabər olan illik faiz dərəcəsindən istifadə etməlidir.
2.2. Sığorta ödənişləri bərabər olan annuitet üçün xalis annuitet haqqı aşağıdakı düsturla hesablanır:
2.2.1. müddətli annuitet üçün
Burada
2.2.2. müddətsiz annuitet üçün
Burada
2.3. Qeyri bərabər ödəniş sxemlərinə malik annuitetlər üçün xalis annuitet haqqı aktuar prinsiplərindən istifadə etməklə hesablanır.
3. Annuitet haqqı
Annuitet haqqı şərti ödənilməklə hesablanmalıdır.
Burada
Misal:
Sığortaçı: ABC sığorta şirkəti
Sığortalının adı: Əhmədov Elşad
Sığortalının yaşı: 60
Sığorta məhsulu: Ömrün axırına qədər hər ayın əvvəlində məbləği 500 manat olan sığorta ödənişləri seriyası.
Annuitet haqqının hesablanması:
Baxılan misal üçün xalis annuitet haqqı aşağıdakı düsturla hesablanır:
Sığorta olunanın yaşı;
Sığorta olunanın alacağı hər bir ödənişin məbləği;
Bir il ərzində nəzərdə tutulan annuitet ödənişlərinin sayı;
Proqnozlaşdırılmış investisiya faiz göstəricisi isə 12% götürülür.
Yaşı 60 olan şəxs üçün ildə dövri olaraq 12 dəfə həyata keçirilən hər bir ödənişi , müddəti isə müddətsiz olan prenumerando annuitetin gətirilmiş gözlənilən dəyəri kimi hesablanır.
manat
Annuitet haqqı şərti ödənilməklə hesablanmalıdır. Bu da aşağıdakı intervalla müəyyən olunur:
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
21 dekabr 2012-ci il tarixli
Q-10 №-li kollegiya qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə
Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.2-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanuna uyğun olaraq birdəfəlik sığorta ödənişi almış faydalanan şəxslə müvafiq sığortaçı arasında annuitet müqaviləsinin məzmunu və formasını müəyyən edir, həmçinin annuitet müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydasını tənzimləyir.
1.2. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.2.1. annuitet müqaviləsi – qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;
1.2.2. annuitent – annuitet müqaviləsinin tərəfi olan fiziki şəxs.
2. Annuitet müqaviləsinin məzmunu və forması
2.1. Annuitent müqavilə ilə müəyyən olunmuş annuitet haqqını müqavilədə müəyyən olunmuş qaydada sığortaçıya ödəməyi, sığortaçı isə ona müqavilədə razılaşdırılmış qaydada dövri sığorta ödənişlərini verməyi öhdəsinə götürür.
2.2. Annuitet müqaviləsində aşağıdakılar göstərilməlidir:
2.2.1. sığortaçının adı və ünvanı;
2.2.2. annuitentin adı, soyadı, atasının adı və ünvanı;
2.2.3. annuitet haqqının məbləği və ödənilməsi qaydası;
2.2.4. annuitet müqaviləsinin qüvvədə olduğu müddət;
2.2.5. annuitet müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydası;
2.2.6. annuitet müqaviləsi üzrə təminat verilən riskləri;
2.2.7. sığorta ödənişinin verilməsi qaydası və əsasları;
2.2.8. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
2.2.9. annuitet müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
2.2.10. mübahisələrin həlli qaydası;
2.2.11. annuitet müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında müəyyən edilən, qanunvericiliyə zidd olmayan digər şərtlər;
2.2.12. Annuitet müqaviləsinin tərəflərinin imzaları, həmçinin sığortaçının möhürü.
2.3. Annuitet müqaviləsi bu Qaydalarda müəyyən edilmiş qaydada sığortaçı ilə annuitent arasında yazılı formada bağlanır.
2.4. Annuitet müqaviləsi iki nüsxədə tərtib olunmaqla bir nüsxəsi sığortaçıda, bir nüsxəsi isə annuitentdə saxlanılır.
3. Annuitet müqaviləsinin bağlanması
3.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq qərarına gəldikdə, annuitet sığortasını aparmaq üçün qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icazəsi olan sığortaçını sərbəst seçməklə, onunla annuitet müqaviləsi bağlamaq üçün həmin sığortaçıya ərizə ilə müraciət edir. Ərizənin forması sığortaçı tərəfindən müəyyən olunur.
3.2. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sığortalanmaq haqqında ərizəyə aşağıdakılar əlavə edilməlidir:
3.2.1. annuitet müqaviləsi üzrə annuitentin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
3.2.2. istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;
3.2.3. istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərar və ya şəxsin ölümü haqqında şəhadətnamə;
3.2.4. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin almış olduğu birdəfəlik sığorta ödənişinin verilməsini təsdiq edən sənəd.
3.3. Ərizənin alındığı tarixdən 5 iş günü müddətində sığortaçı annuitet müqaviləsini bağlamalı və ya müqavilə bağlamaqdan imtinanın əsasları barədə müraciət edənə yazılı məlumat verməlidir.
3.4. Annuitet müqaviləsi ərizədə göstərilmiş məlumatlar əsasında həmin müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa təsdiq edilmə tarixində saat iyirmi dörddə qüvvəyə minir.
4. Annuitet müqaviləsinin icrası
4.1. Annuitet müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilədə müəyyən edilmiş müddətdə qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanan annuitet haqqını, başqa cür razılaşdırılmamışdırsa, sığortaçıya birdəfəlik ödənilir.
4.2. Ərizədə göstərilən və annuitet haqqının və (və ya) sığorta ödənişinin hesablanmasına təsir edən məlumatlarda hər hansı yanlışlıq aşkar edildikdə, annuitet haqqı və (və ya) sığorta ödənişi düzgün məlumatlara əsasən yenidən hesablanır və bu cür yanlışlığa görə sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən yaranan fərq müvafiq olaraq ödənilir.
4.3. Annuitentin bu Qaydalar əsasında bağlanan annuitet müqaviləsi üzrə dövri sığorta ödənişlərinin verilməsinin başlanması üçün nəzərdə tutulmuş tarixədək, sonradan isə növbəti sığorta ödənişlərinin verilmə tarixinədək yaşaması sığorta hadisəsi hesab edilir.
4.4. Müqavilənin qüvvədə olduğu müddət ərzində sığortaçı istənilən vaxt annuitentin sağ olmasına əmin olmaq üçün ödənişli əsaslarla müvafiq fərdi məlumatların informasiya sistemi vasitəsilə və ya bu mümkün olmadıqda qanunvericiliyə zidd olmayan tədbirlər görə, o cümlədən annuitentin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surətini, annuitentin müəyyən yerə müəyyən tarixdə gəlməsini, nümayəndəsinin annuitentlə müəyyən yerdə və müəyyən tarixdə şəxsən görüşməsini tələb edə bilər. Bu tələblərin vaxtında yerinə yetirilməməsi onların yerinə yetirildiyi tarixədək annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin dayandırılması üçün əsasdır.
4.5. Annuitet müqaviləsinin tərəfləri qanunvericilikdə, bu Qaydalarda və annuitet müqaviləsində müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.
4.6. Tərəflər arasında annuitet müqaviləsindən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilir.
4.7. Annuitent annuitet müqaviləsi üzrə hüquqlarının pozulduğunu hesab etdiyi halda sığorta nəzarəti orqanına müraciət edə bilər. Bu məqsədlə sığorta nəzarəti orqanının ünvanı və müvafiq telefon nömrələri sığortaçı tərəfindən tərtib edilən annuitet müqaviləsində göstərilməlidir.
5. Annuitet müqaviləsinin dəyişdirilməsi və ona xitam verilməsi
5.1. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin qarşılıqlı razılığı əsasında qanunvericiliyin və bu Qaydaların tələblərinə zidd olmayan dəyişikliklər və əlavələr edilə bilər.
5.2. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa hansının daha tez baş verməsindən asılı olaraq, həmin müqavilədə müəyyən edilmiş müddətin başa çatdığı və ya annuitentin öldüyü tarixdə annuitet müqaviləsi üzrə sığorta ödənişləri dayandırılır və müqaviləyə xitam verilir.
5.3. Annuitet müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
21 dekabr 2012-ci il tarixli
Q-10 №-li kollegiya qərarı ilə təsdiq edilmişdir.
3 nömrəli əlavə
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun məqsədləri üçün icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin hesablanmasını tənzimləyir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.2.1. aktuar metodları – sığorta tariflərinin, sığorta ehtiyatlarının və sığorta ödənişlərinin hesablanması zamanı aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablama metodları;
1.2.2. gətirilmiş gözlənilən dəyər – faiz dərəcəsi və sığorta olunan şəxsin yaşı nəzərə alınmaqla hesablanan (diskontlaşdırılan) və gələcək tarixlərə aid olan məbləğlərin icbari sığorta müqaviləsi bağlanan tarixə gətirilən gözlənilən (ehtimal olunan) dəyəri;
1.2.3. prenumerando annuitet – ödənişləri dövrün əvvəlində həyata keçirilən annuitet.
2. Sığorta məbləğinin müəyyənləşdirilməsi
2.1. Sığortaçı sığorta məbləğini hesablayarkən illik faiz dərəcəsini 8 % götürməlidir.
2.2. sayda sığorta olunan üçün bağlanmış İcbari sığorta müqaviləsi üzrə -ci sığorta olunana münasibətdə sığorta məbləği aşağıdakı düsturla hesablanır:
Burada:
2.3. İcbari sığorta müqaviləsi üzrə ümumi sığorta məbləği aşağıdakı düsturla hesablanır:
Burada:
Misal:
Sığortaçı: ABC sığorta şirkəti
Sığortalının adı: XYZ təşkilatı
Sığortala olunanlar:
Sıra indeksi ()
Ad və soyadı
Yaşı ()
İllik əmək haqqı fondu ()
prenumerando aylıq anuitetin g. g. d. ()
Beləliklə müqavilə üzrə sığorta məbləği 112 042,873 manat olur.