Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının Mərkəzi Bankı
1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) Azərbaycan Respublikasının mərkəzi bankıdır.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir.
1.3. Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla müəyyənləşdirilir. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
1.4. Mərkəzi Bankı mərkəzi aparatı Bakı şəhərində yerləşir.
Maddə 2. Mərkəzi Bankın hüquqi statusu
2.1. Mərkəzi Bankı publik hüquqi şəxsdir, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.
2.2. Mərkəzi Bankı müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir. Mərkəzi Bank balansında olan əmlaka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarmı həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.
Maddə 3. Mərkəzi Bankın ərazi idarələri
Mərkəzi Bank Azərbaycan Respublikasında ərazi idarələrini aça bilər.
Maddə 4. Mərkəzi Bankın məqsədləri
4.1. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi bu Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
4.2. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.
4.3. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Maddə 5. Mərkəzi Bankın funksiyaları
5.0. Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:
5.0.1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
5.0.2. nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
5.0.3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
5.0.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
5.0.5. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir;
5.0.6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;
5.0.7. “Banklar haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikası qanunlarına, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
5.0.8. banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;
5.0.9. bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.
Maddə 6 . Mərkəzi Bankın müstəqilliyi
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və u zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.
Maddə 7 . Mərkəzi Bankın hesabatlığı
7.1. Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.
7.2. Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir:
7.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;
7.2.2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti sədrinin – Mərkəzi Bankın sədrinin (bundan sonra – Mərkəzi Bankın İdarə Heyəti sədri) və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;
7.2.3. bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;
7.2.4. Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.
7.3. Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.
Maddə 8. Mərkəzi Bankın normativ xarakterli aktları
8.1. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir.
8.2. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.
8.3. Mərkəzi Bankın bu Qanunla nəzərdə tutulmuş funksiyalarının və səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi maliyyə, prudensial və statistik hesabat formaları dövlət qeydiyyatına alınmır.
Maddə 9 . Beynəlxalq əməkdaşlıq
9.1. Mərkəzi Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.
9.2. Mərkəzi Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından (Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasının tələbləri nəzərə alınmaqla) klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.
9.3. Mərkəzi Bank pul və valyuta siyasəti sahələrində əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir.
II fəsil
Mərkəzi Bankın kapitalı
Maddə 10. Mərkəzi Bankın kapitalı
10.1. Mərkəzi Bankın kapitalı onun nizamnamə fondundan və kapital ehtiyatlarından ibarətdir.
10.2. Mərkəzi Bankın nizamnamə fondu 500 milyon manatdır.
10.3. Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır.
Maddə 11. Mərkəzi Bankın mənfəəti
11.1. Mərkəzi Bankın mənfəəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır.
11.2. Mərkəzi Bankın gəlirləri bu Qanuna müvafiq olaraq həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır.
Maddə 12. Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsi
12.1. Hesabat ilinin mənfəəti ilk növbədə bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativə uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir.
12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülür.
12.3. Reallaşdırılmış mənfəətin sərbəst qalığı Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsinə köçürülür.
Maddə 13. Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi
13.1. Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan fərq Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunur və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmı
13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.
Maddə 14. Mərkəzi Bankın maliyyə etibarlılığı
14.1. Mərkəzi Bank müflis elan oluna bilməz.
14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.
III fəsil
Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə münasibətləri
Maddə 15. Mərkəzi Bankın dövlətlə münasibətlərinin əsasları
15.1. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.
15.2. Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər.
15.3. Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.
Maddə 16. Mərkəzi Bankın dövlətə kreditləri
16.1. Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.
16.2. Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.
16.3. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər bu Qanunun 49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla yalnız təkrar bazarda bağlanır və onlara bu Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur.
16.4. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduğu halda bu Qanunun 16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının alğı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.
Maddə 17. Mərkəzi Bank dövlətin bankı kimi
17.1. Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xidmət göstərir.
17.2. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edir.
17.3. Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, habelə dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.
Maddə 18. Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri
18.1. Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.
18.2. Normativ hüquqi aktda Mərkəzi Bank, o cümlədən bank sistemi və bank fəaliyyəti ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl Mərkəzi Bankla razılaşdırılmalıdır.
Maddə 19. Mərkəzi Bank dövlətin maliyyə agenti kimi
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq Mərkəzi Bank dövlətin borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara bilər.
IV fəsil
Mərkəzi Bankın təşkilati strukturu və idarə olunması
Maddə 20. Mərkəzi Bankın təşkilati strukturu
20.1. Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir.
20.2. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.
Maddə 21. Mərkəzi Bankın İdarə Heyəti
21.1. Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.
21.2. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsilə, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəyə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan, habelə xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşları İdarə Heyətinin üzvləri ola bilərlər.
21.3. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri, bələdiyyələrin seçkili üzvləri, habelə dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ola bilməzlər.
21.4. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.
21.5. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
21.6. Mərkəzi Bankın İdarə Heyətinin sədri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilir.
21.7. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilirlər.
21.8. İdarə Heyətinin üzvləri Mərkəzi Bankda daimi əsaslarla işlədiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İdarə Heyətinin Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvləri hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.
21.9. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər.
21.10. İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər.
21.11. Milli Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifə maaşları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq müəyyən edilir.
21.12. İdarə Heyətinin Milli Bankda daimi əsaslarla işləyən digər üzvlərinin vəzifə maaşları, İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifə maaşları nəzərə alınmaqla, İdarə Heyəti tərəfindən müəyyən edilir.
Maddə 22. Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri
22.0. Mərkəzi Bankın İdarə Heyəti:
22.0.1. hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir;
22.0.2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatların şərtlərini müəyyən edir;
22.0.3. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;
22.0.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda valyuta tənzimi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində qərarlar qəbul edir;
22.0.5. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir;
22.0.6. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması qaydasını müəyyən edir;
22.0.7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir;
22.0.8. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən edir;
22.0.9. kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;
22.0.10. kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edir;
22.0.11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edir;
22.0.12. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirir;
22.0.13. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankın təşkilati strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;
22.0.14. Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını, habelə Mərkəzi Bankın İdarə Heyətinin nomenklaturuna daxil olan vəzifələri müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;
22.0.15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir;
22.0.16. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;
22.0.17. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir;
22.0.18. bu Qanunla Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edir.
Maddə 23. İdarə Heyətinin iclasları
23.1. Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
23.2. İdarə Heyətinin iclaslarına Mərkəzi Bankın İdarə Heyətinin sədri, o olmadıqda, bu Qanunda nəzərdə tutulmuş qaydada onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin üzvü sədrlik edir.
23.3. İdarə Heyətinin iclaslarmı Mərkəzi Bankın İdarə Heyətinin sədri çağırır. İclaslar İdarə Heyətinin azı digər iki üzvünün tələbi ilə də çağırıla bilər.
23.4. İdarə Heyətinin üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı, habelə gündəliyinə çıxarılan məsələlər barədə, bir qayda olaraq, iclasa azı 3 gün qalmış məlumat verilir.
23.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır.
23.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqlan haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
23.7. İdarə Heyətinin qərarları iclasda iştirak edən İdarə Heyəti üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edən həlledici səsə malikdir, İdarə Heyətinin üzvü İdarə Heyətinin qəbul etdiyi qərarla razı olmazsa, bu barədə özünün əsaslandırılmış rəyini bildirə bilər.
23.8. İdarə Heyətinin iclaslarının protokolu tərtib edilir. Protokolu iclasa sədrlik edən və İdarə Heyətinin katibi imzalayır.
23.9. İdarə Heyətinin katibini Mərkəzi Bankın İdarə Heyətinin sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edir.
Maddə 24. Mərkəzi Bankın İdarə Heyətinin sədri
24.1. Mərkəzi Bankın İdarə Heyətinin sədri Mərkəzi Bankın İdarə Heyətinin işini təşkil edir və eyni zamanda Mərkəzi Bankın icra strukturuna başçılıq edir.
24.2. Mərkəzi Bankın İdarə Heyətinin sədri aşağıdakı səlahiyyətlərə malikdir:
24.2.1. etibarnamə təqdim etmədən Mərkəzi Bankı Azərbaycan Respublikası daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir;
24.2.2. İdarə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır;
24.2.3. Mərkəzi Bankın bütün əməkdaşları üçün məcburi olan əmr və sərəncamlar verir;
24.2.4. İdarə Heyətinin nomenklaturuna daxil olmayan şəxsləri vəzifəyə təyin edir və vəzifədən azad edir;
24.2.5. İdarə Heyəti sədrinin müavinləri və Mərkəzi Bankın digər rəhbər işçiləri arasında vəzifə bölgüsünü aparır;
24.2.6. Mərkəzi Bankın fəaliyyətinə dair İdarə Heyətinin səlahiyyətinə aid edilməyən məsələləri həll edir;
24.2.7. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
24.3. Mərkəzi Bankın İdarə Heyətinin sədri olmadıqda onun səlahiyyətləri birinci müavin tərəfindən həyata keçirilir. Birinci müavin olmadıqda həmin səlahiyyətlər Mərkəzi Bankın İdarə Heyəti sədrinin müəyyən etdiyi qaydada digər müavini və ya İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.
Maddə 25. İdarə Heyəti üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi
25.1. Mərkəzi Bankın İdarə Heyətinin sədri və digər üzvləri vaxtından əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndi ilə müəyyən edilmiş qaydada, o cümlədən aşağıda göstərilən hallar nəzərə alınmaqla öz vəzifəsindən azad olunur:
25.1.1.Azərbaycan Respublikası Prezidentinə istefa haqqında ərizə təqdim etdikdə;
25.1.2.müvafiq tibbi arayışa əsasən xəstəliklə əlaqədar 6 aydan çox müddətində öz vəzifələrini icra edə bilmədikdə, bu şərtlə ki, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətlə çıxış edir;
25.1.3.məhkəmənin qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
25.1.4.məhkəmənin qüvvəyə minmiş hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə;
25.1.5.İdarə Heyətinin üzvünə dair bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş tələb və məhdudiyyətlər pozulduqda.
25.2. Vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi ilə razı olmayan İdarə Heyətinin üzvü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.
Maddə 26. İdarə Heyəti üzvlərinin istefaya getməsi
26.1. Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında qərar ərizə verildikdən sonra 2 ay ərzində qəbul edilir. Qərar bu dövrdə qəbul edilməzsə, istefa haqqında ərizə verən şəxs ərizənin verildiyi tarixdən 3 ay sonra istefaya getmiş hesab edilir.
26.2. Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul edildikdə, ərizə verən şəxs belə qərarın qəbul olunduğu tarixdən 1 ay sonra istefaya getmiş hesab edilir, bu şərtlə ki, o, istefa haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 həftə ərzində istefa haqqında ərizəni təsdiq edən əlavə ərizə təqdim etmiş olsun.
Maddə 27. Daxili audit
27.1. Mərkəzi Bankın daxili audit bölməsi aşağıdakıları həyata keçirir: 27.1.1. Mərkəzi Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və nəzarət mexanizmlərinin vəziyyətini qiymətləndirir, onların daim tətbiq olunmasına nəzarət edir;
27.1.2. qanunvericiliyə əməl olunmasını təmin etmək məqsədilə Mərkəzi Bankın struktur bölmələrinin auditini həyata keçirir;
27.1.3. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi nəzarət prosedurları və mexanizmləri barədə Mərkəzi Bankın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələr verir;
27.1.4. Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.
27.2. Daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinə tabedir.
V fəsil
Pul siyasəti
Maddə 28 . Pul siyasəti
28.1. Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.
28.2. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.
Maddə 29. Pul siyasətinin alətləri
29.1. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:
29.1.1. açıq bazarda əməliyyatların aparılması;
29.1.2. faiz dərəcələrinin müəyyənləşdirilməsi;
29.1.3. kredit təşkilatları üçün məcburi ehtiyatlanın müəyyənləşdirilməsi;
29.1.4. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
29.1.5. depozit əməliyyatlarının aparılması;
29.1.6. bank əməliyyatlarının məhdudlaşdırılması;
29.1.7. beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.
29.2. Mərkəzi Bank bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğun olaraq bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab etdiyi alətləri tətbiq edir.
Maddə 30. Açıq bazarda əməliyyatlar
30.1. Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları aparır:
30.1.1.bu Qanunun 16-cı maddəsinin tələblərini nəzərə almaqla dövlətin buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;
30.1.2. özünün buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;
30.1.3.xarici valyuta ilə alğı-satqı və digər əməliyyatlar.
30.2. Pul siyasətinin həyata keçirilməsi məqsədilə buraxılan Mərkəzi Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.
Maddə 31. Faiz dərəcələrinin müəyyənləşdirilməsi
31.1. Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir.
31.2. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.
31.3. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən maliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir.
31.4. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc etdirir.
Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi
32.1. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
32.2. Məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir.
Maddə 33. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
33.1. Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müddətə uzadıla bilər.
33.2. Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
33.3. Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş idarələrinə verilir.
Maddə 34. Depozit əməliyyatları
Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edir və onlarda depozitlər yerləşdirir.
Maddə 35. Bank əməliyyatların məhdudlaşdırılması
Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatların müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.
VI fəsil
Nağd pul tədavülünün təşkili
Maddə 36. Pul vahidi
36.1. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxıla bilər.
36.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
36.3. Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
36.4. Manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavülə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəliyidir və onun bütün aktivləri ilə təmin edilir.
36.5. Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
36.6. Pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.
36.7. Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
Maddə 37. Pul tədavülünün təşkili
37.0. Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün Mərkəzi Bank aşağıdakıları həyata keçirir:
37.0.1. pul nişanlarına olan tələbatı müəyyənləşdirir;
37.0.2. pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir;
37.0.3. pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;
37.0.4. Mərkəzi Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;
37.0.5. Mərkəzi Bankda və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;
37.0.6. tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.
Maddə 38. Pul nişanlarının tədavülə buraxılması
38.1. Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü, tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir.
38.2. Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank müəyyən etdiyi qaydada və qiymətlərlə buraxdığı yubiley və xatirə pul nişanlarının satışını təşkil edir.
38.3. Mərkəzi Bank qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) ilə əlaqədar yeni pul nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir.
Maddə 39. Pul nişanlarının tədavüldən çıxarılması
39.1. Denominasiya halları istisna olmaqla, Mərkəzi Bank tədavüldə olan kağız və metal pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.
39.2. Mərkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarım, habelə yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir.
39.3. Yeni pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar pulların dəyişdirilməsi zamanı dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol verilmir. Dəyişdirilməli olan pul nişanları Mərkəzi Bankın müəyyən etdiyi müddətdə, lakin bir ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin müddətdən sonra pul nişanları Mərkəzi Bank tərəfindən müddətsiz olaraq dəyişdirilir.
39.4. Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
39.5. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir.
Maddə 40. Pul nişanlarının dəyişdirilməsi
Mərkəzi Bank tədavülə yararlı pul nişanlarmı məhdudiyyətsiz dəyişdirir. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.
Maddə 41. Pul nişanlarının məhvi
41.1. Saxta pul nişanları istisna olmaqla tədavüldən çıxarılmış pul nişanları müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş qaydalar əsasında məhv edilir.
41.2. Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir.
VII fəsil
Beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə olunması
Maddə 42. Beynəlxalq qızıl-valyuta ehtiyatları
42.1. Mərkəzi Bank dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün beynəlxalq qızıl-valyuta ehtiyatlarım İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində saxlayır və idarə edir.
42.2. Mərkəzi Bank İdarə Heyətinin müəyyən etdiyi strategiya və qaydalar çərçivəsində aşağıdakı aktivlərdən ibarət beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir:
42.2.1. qızıl, digər qiymətli metallar və qiymətli daşlar;
42.2.2. kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta;
42.2.3. xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında Mərkəzi Bankın sərbəst dönərli xarici valyutada. Saxladığı vəsaitlər;
42.2.4. Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq Valyuta Fondunda ehtiyat mövqeyi;
42.2.5. xarici dövlətlərin, mərkəzi bankların və ya beynəlxalq maliyyə təşkilatlarının buraxdığı, yaxud təminat verdiyi qiymətli borc kağızlan;
42.2.6. beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri.
42.3. Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə edilməsində bu sahədə ixtisaslaşmış maliyyə təsisatların xidmətlərindən İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində istifadə edə bilər.
42.4. Beynəlxalq qızıl-valyuta ehtiyatları dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Mərkəzi Bankın mülahizəsinə görə təhlükəli səviyyəyədək azaldıqda və ya azalması qorxusu olduqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların belə azalmasına gətirib çıxarmış və ya gətirib çıxara biləcək səbəbləri qabaqcadan göstərməklə beynəlxalq qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat və əsaslandırılmış təkliflər təqdim edir.
Maddə 43. Beynəlxalq qızıl-valyuta ehtiyatları haqqında məlumat
Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının ümumi miqdarı barədə rübdə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.
VIII fəsil
Ödəniş sistemlərinin təşkili
Maddə 44. Ödəniş sistemləri üzrə səlahiyyətlər
44.1. Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş , o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.
44.2. Mərkəzi Bank normativ xarakterli aktları ilə müəyyən edilmiş qaydada klirinq (prosessinq) təşkilatlarının fəaliyyətinə icazələr verir və nəzarəti həyata keçirir.
44.3. Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.
44.4. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.
44.5. Mərkəzi Bank kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul köçürmələri, habelə klirinq (prosessinq) sistemlərinin etibarlığının və təhlükəsizliyinin, habelə bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.
44.6. Mərkəzi Bank qanunvericiliyə müvafiq olaraq ödəniş sistemlərinin təşkili sahəsində digər səlahiyyətləri həyata keçirir.
Maddə 45. Kredit təşkilatları arasında hesablaşmaların təşkili
Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaları Mərkəzi Bankda milli valyutada (manatla) açdıqları müxbir hesablan vasitəsilə, yaxud beynəlxalq təcrübəyə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi digər üsullarla təşkil edir.
IX fəsil
Kredit təşkilatları ilə münasibətlər
Maddə 46. Kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri
46.1. Mərkəzi Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, "Banklar haqqında", "Poçt haqqında" , “Bank olmayan kredit təşkilatları haqqında” və "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir.
46.2. Mərkəzi Bank, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.
46.3. Mərkəzi Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.
46.4. Bu Qanunda nəzərdə tutulmuş hallarda Mərkəzi Bank banklar üçün sonuncu instansiya kreditoru kimi çıxış edir.
46.5. Öz funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank kredit təşkilatlarının ona məlum olan fəaliyyəti haqqında məlumatı yalnız “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda açıqlayır.
Maddə 47. Lisenziyalaşdırma
47.1. Mərkəzi Bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşkilatlarına xüsusi razılıqların (lisenziyaların), onların filial və şöbələrinə, habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə icazələrin , maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılığın (lisenziyanın) verilməsində və onların ləğv edilməsində müstəsna səlahiyyətə malikdir.
47.2. Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaların və icazələrin forma və məzmununu Mərkəzi Bank müəyyənləşdirir.
Maddə 48. Tənzimləmə və nəzarət
48.1. Kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank aşağıdakıları həyata keçirir:
48.1.1. qanunla səlahiyyətinə aid edilmiş məsələlər üzrə normativ xarakterli aktları qəbul edir;
48.1.2. prudensial normativləri, habelə onların hesablama metodlarını və tətbiqi qaydalarmı müəyyən edir;
48.1.3. kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir;
48.1.4. hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və bunun əsasında maliyyə hesabatlarında müvafiq düzəlişlərin edilməsi barədə kredit təşkilatlarına icrası məcburi olan göstərişlər verir;
48.1.5. banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarmı müəyyən edir və tətbiqinə nəzarət edir;
48.1.6. qanunla müəyyən edilmiş hallarda və qaydada maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır;
48.1.6-1. kredit təşkilatları tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir;
48.1.7. bank xidmətləri bazarında inhisarçılıq fəaliyyətinin qarşısının alınması məqsədilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır;
48.1.8. kredit təşkilatlarına və onların inzibatçılarına qarşı “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada təsir (təshih) tədbirlərini və sanksiyaları tətbiq edir;
48.1.9. qanuna müvafiq surətdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri tələb etdiyi hallarda kredit təşkilatlarının idarəetmə orqanlarının iclaslarında müşahidəçi qismində iştirak edir, kredit təşkilatlarının inzibatçıları ilə məsləhətləşmələr aparır;
48.1.10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda bankların maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Mərkəzi Bank qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir;
48.1.11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda banklara və xarici bankların yerli filiallarına müvəqqəti inzibatçı təyin edir, zəruri hallarda bankın öhdəlikləri üzrə moratorium tətbiq edilməsi barədə məhkəməyə müraciət edir;
48.1.12. lisenziyası ləğv olunmuş banklar və xarici bankların yerli filialları haqqında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq tədbirlər görür;
48.1.13. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
48.2. Kredit təşkilatları və poçt rabitəsinin milli operatoru üçün prudensial normativləri müəyyən edərkən Mərkəzi Bank kredit təşkilatlarının növləri üzrə fərqli normativləri və onların hesablanması metodlarını müəyyənləşdirə bilər.
Maddə 49. Sonuncu instansiya kreditoru
Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
Maddə 49-1. Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi
49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.
Maddə 50. Kredit təşkilatlan ilə əməkdaşlıq
Kredit təşkilatlan ilə qarşılıqlı fəaliyyət məqsədilə Mərkəzi Bank kredit təşkilatlarının, onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barəsində məsləhətləşmələr apara, əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qrupları yarada bilər.
Maddə 51. Beynəlxalq əməkdaşlıq
Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər.
Maddə 52. Məlumat mübadiləsi
Mərkəzi Bank maliyyə bazarlarına nəzarət orqanı ilə qarşılıqlı əməkdaşlıq əsasında tənzimləmə və nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat mübadiləsi apara bilər, bu şərtlə ki, tərəflər aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız nəzarət məqsədləri üçün istifadə edəcəklər.
Maddə 53. Mübahisələrin həlli
Mərkəzi Bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.
X fəsil
Əqdlər və əməliyyatlar
Maddə 54. Mərkəzi Bankın əqdləri və əməliyyatları
54.1. Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:
54.1.1. çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları, habelə bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;
54.1.2. xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və öhdəliklərini almaq və satmaq;
54.1.3. qarantiyalar və zəmanətlər vermək;
54.1.4. bank hesablan, o cümlədən depozit hesabları açmaq;
54.1.5.hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;
54.1.6.hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;
54.1.7.Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək.
54.2. Mərkəzi Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir.
54.3. Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər.
54.3-1. Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər.
54.4. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər.
54.5. Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər.
54.6. Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli kağızlarım almaq hüququna malikdir.
54.7. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qadağan olunmayan mülki hüquqi əqdləri bağlaya bilər.
Maddə 55. Qadağan olunan fəaliyyət
55.0. Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
55.0.1. bu Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;
55.0.2 istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;
55.0.3. Mərkəzi Bankın fəaliyyətini, Mərkəzi Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Mərkəzi Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək məqsədləri istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.
XI fəsil
Mərkəzi Bankda mühasibat uçotu, maliyyə hesabatları və audit
Maddə 56. Mərkəzi Bankın hesabat ili
Mərkəzi Bankın hesabat ili yanvar ayının 1-də başlanır və dekabr ayının 31-də başa çatır.
Maddə 57. Mühasibat uçotu və maliyyə hesabatları
57.1. Mərkəzi Bankın maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.
57.2. Mərkəzi Bankın maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı digər məsələlər, habelə Mərkəzi Bankın mühasibat uçotunun aparılması “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Maddə 58. Mərkəzi Bankın auditi
58.1. Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq bir və ya bir neçə il müddətinə təyin edilmiş auditor tərəfindən ildə bir dəfə yoxlanılır.
58.2. Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.
58.3. Mərkəzi Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə bağlı xərclər Mərkəzi Bankın vəsaiti hesabına ödənilir.
58.4. İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilir.
58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.
58.6. Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.
XII fəsil
Yekun müddəalar
Maddə 59. Mərkəzi Bankın əməkdaşları
59.1. Bu Qanunun tələbləri nəzərə alınmaqla Mərkəzi Bankla əməkdaşlar arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
59.2. Mərkəzi Bankın əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
59.3. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar krediti yalnız Mərkəzi Bankdan ala bilərlər. Həmin əməkdaşlar kredit təşkilatlarından aldıqları kredit kartları haqqında Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada İdarə Heyətinə məlumat verirlər.
59.4. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar kredit təşkilatlarının və onların törəmə təsərrüfat cəmiyyətlərinin təsisçisi və iştirakçısı, onların idarəetmə orqanlarının üzvü ola bilməzlər.
59.5. Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
59.6. Mərkəzi Bank öz əməkdaşlarının sosial müdafiəsi məqsədilə əlavə tədbirlər görə bilər.
Maddə 60. Məxfilik
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət və bank sirrinə aid olan məlumatı işlədikləri dövrdə və işdən azad olunduqdan sonra yalnız “Dövlət sirri haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş hallarda açıqlaya bilərlər.
Maddə 61. Məhkəmə iddialarından müdafiə
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları bu Qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.
Maddə 62. Təhlükəsizlik
Mərkəzi Bank öz fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görür. Mərkəzi Bankın respublika ərazisində pul və digər qiymətlilərin təhlükəsiz daşınması ilə məşğul olan struktur bölmələri zirehli nəqliyyat vasitələri ilə təchiz edilir, müvafiq əməkdaşları xüsusi geyimlə, habelə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada xidməti (odlu) silah və döyüş sursatları ilə təmin edilir.
Maddə 63. İnformasiyanın toplanması
Öz funksiyalarının həyata keçirilməsi məqsədilə Mərkəzi Bank dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, maliyyə bazarlarına nəzarət orqanından, hüquqi şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən zəruri statistik məlumat alır.
Maddə 64. Nəşrlər
64.1. Mərkəzi Bank illik hesabatını dərc etdirir. Mərkəzi Bankın illik hesabatı ölkədəki makroiqtisadi vəziyyəti, həyata keçirilən pul siyasətinin yekunlarını, bank sisteminin vəziyyətini, habelə Mərkəzi Bankın maliyyə vəziyyətini, o cümlədən əməliyyat büdcəsinin nəticələrini əks etdirir.
64.2. Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq pul və maliyyə bazarlarının vəziyyəti haqqında informasiya bülletenləri buraxır.
64.3. Mərkəzi Bank bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla dərc etdirir.
64.4. Mərkəzi Bankın icmal balansı hər ay kütləvi informasiya vasitələrində dərc olunur.
Maddə 65. Güzəştlər
Mərkəzi Bank Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq vergi güzəştlərinə malikdir, dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.
Maddə 66. Qanunun qüvvəyə minməsi
66.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
66.2. Bu Qanun qüvvəyə mindikdən dərhal sonra Mərkəzi Bank öz nizamnamə kapitalını mənfəəti hesabına, mənfəəti kifayət etmədikdə isə kapital ehtiyatları hesabına bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş həddə çatdırır.
66.3. Bu Qanunun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 172) və ona edilmiş bütün dəyişikliklər və əlavələr qüvvədən düşmüş hesab edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2004-cü il
№ 802-IIQ