2019-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 10 manatlıq pul nişanı yenilənərək yeni, daha təkmil mühafizə sistemləri ilə təchiz olunmuş və 18 mart 2019-cu il tarixindən tədavülə buraxılmışdır. Yeni 10 manatlıq pul nişanının mövzusu “tarix” olaraq saxlanılmışdır. Pul nişanının ön tərəfində İçəri Şəhərin qala divarlarının fonunda Qədim Bakı, Şirvanşahlar Sarayı və Qız Qalası, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycan xalçasının naxışları təsvir olunmuşdur.
Nominalı | 10 manat (2019) |
Rəngi | açıq göy |
Ölçüləri | 134 mm x 70 mm |
Dizayn mövzusu | tarix |