Nömrə: 02/2017
Müəllif(lər): Aygün Qarayeva, Gülzar Tahirova
Dil: İngilis dili
Tarix: 19 iyun 2017-ci il
Xülasə: Tədqiqat işində 33 ölkə və 1991-2016-cı illər üzrə rüblük zaman sırasından istifadə edilməklə institusional keyfiyyətin məzənnə-ixrac əlaqəsinə təsiri araşdırılmışdır. Empirik hesablamalar 2 mərhələdə aparılmışdır. Birinci mərhələdə dinamik ən kiçik kvadratlar (ƏKK) üsulu, tam modifikasiya olunmuş ƏKK üsulu və PMG metodlarından istifadə edilməklə, məzənnə ilə ixrac arasında mənfi və statistik əlaqənin mövcudluğu təsdiq edilmişdir. Hesablamalar göstərir ki, baxılan ölkələrdə real effektiv məzənnənin 1% bahalaşması digər dəyişənlər sabit qalmaq şərtilə, ixracın orta hesabla 0.55% azalmasına səbəb olur. Sadə ƏKK üsulundan istifadəyə əsaslanan ikinci mərhələdə isə institusional keyfiyyətin məzənnənin ixrac elastikliyinə müsbət təsir göstərdiyi müəyyən edilmişdir. Həmçinin, nəticələr göstərir ki, neft ixrac edən ölkələrdə institusional keyfiyyətin məzənnə-ixrac əlaqələrinə təsiri neft idxalatçılarına nisbətən daha yüksəkdir..
Açar sözlər: Məzənnə, ixrac, institutların keyfiyyəti, neft ixracatçıları, panel data
JEL təsnifatı: F14, F31, D73, C31, C33