Nömrə: 01/2018
Müəllif(lər): Vüqar Əhmədov, Salman Hüseynov, Peter Pedroni
Dil: İngilis dili
Tarix: 2 yanvar 2018-ci il
Xülasə: Tədqiqat işində, biz neft ixrac edən ölkələrdəki neft qiymətlərinin daxili inflyasiyaya ötürücülüyünü öyrənirik və müxtəlif ötürmə kanallarının potensial təsirini ayırmaq üçün metodologiya təklif edirik. Xüsusilə, biz üç ötürmə kanalının, yəni idxal (xərc) kanalının, məzənnə kanalı və maliyyə (tələb) kanalının təsiri araşdırırıq və onların nisbi əhəmiyyətini müəyyənləşdiririk. Tədqiqatın nəticəsinə görə ən əhəmiyyətli kanalın idxal kanalı olduğu və ən əhəmiyyətsiz kanal isə maliyyə kanalının olduğu müəyyən edilmişdir. Bu nəticə, təəccüblü olsa da, böyük heterojenlik və ölkələr arasında artan inteqrasiya ilə izah edilə bilər. Bundan başqa, məzənnə rejimi, fiskal qaydaların mövcudluğu və suveren sərvət fondları kimi institusional mexanizmlər neft ixrac edən ölkələrdə daha aşağı inflyasiya üçün vacib sütunlar olduğu müəyyən edilmişdir.
Açar sözlər: Panel VAR; Neft ixrac edən ölkələr
JEL təsnifatı: C22; C23; E31