Ənənəvi bankçılıq sistemlərində müştərilərin hesab məlumatlarına giriş hüququ yalnız onların banklarına məxsusdur.
Açıq bankçılıq prinsiplərinə görə isə banklar müştəri məlumatlarının saxlanılması qismində iştirak etməklə, yalnız bank müştərilərinin icazəsi müqabilində maliyyə məlumatlarının etibarlı yol ilə 3-cü tərəf rəqəmsal platformalarda görünməsini və əməliyyat apara bilmələrini təmin edir.
Ani Ödənişlər Sisteminin komponentlərindən biri olan “Açıq bankçılıq” modulu da öz növbəsində bank müştərilərindən icazənin alınması yolu ilə, üçüncü tərəflərin bank hesab məlumatlarına çıxış əldə etməsi üçün nəzərdə tutulmuşdur.
“Açıq bankçılıq” prinsipləri Avropada qəbul olunmuş PSD2 (Payment Services Directive) direktivi əsasında formalaşdırılmışdır.
“Açıq bankçılıq” anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər.
3-cü tərəflər isə müştərilərə bu istiqamətdə sürətli və fasiləsiz maliyyə xidmətləri, bütün hesablarının bir tətbiqdən idarə edilməsi kimi unikal imkanlar təklif edə bilərlər.
Açıq bankçılıq xidmətlərinə aşağıdakılar daxildir: