Bu bölmədə bank sisteminin hüquqi əsaslarını formalaşdıran, həmçinin Mərkəzi Bankın fəaliyyətini tənzimləyən, onun hüquqi statusunu, məqsədini, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edən qanunvericilik aktları verilir. Həmçinin bu bölmədə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktlar verilir. Qeyd edək ki, Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.