Nömrə: 01/2015
Müəllif(lər): C.Abbasov, M.Yusifov
Dil: Azərbaycan dili
Tarix: 2015-ci il
Xülasə: Tədqiqat işinin məqsədi büdcə xərclərinin dəyişməsinin iqtisadiyyatın fəaliyyət sahələrində məhsul buraxılışına təsirinin müəyyən olunmasıdır. Bu işdə makroiqtisadi model olan sahələrarası xərc-buraxılış modeli və ekonometrik modelləşdirmədən istifadə olunmuşdur. Burada xərc-buraxılış modeli əsasında büdcə xərclərində azalma şəraitində ayrı-ayrı iqtisadi sahələrdə məhsul buraxılışında baş verən dəyişiklər tədqiq olunur. Çoxsaylı simulyasiyalar nəticəsində büdcə xərclərinin iqtisadi fəaliyyət sahələrinə təsirinin müxtəlif sahələrdə fərqli təzahürləri olduğu aşkarlanmışdır. Tədqiqat işi büdcə xərclərində olan dəyişikliyin iqtisadiyyatın ayrı-ayrı sahələrinə təsirlərini müəyyənləşdirməyə imkan verdiyi üçün aktualdır və praktiki əhəmiyyətə malikdir.
Açar sözlər: Xərclər-Buraxılış modeli, ekonometrik qiymətləndirmə, büdcə xərcləri, aralıq istehlak, ümumi buraxılış.
JEL təsnifatı: C13, R15, H72