Nömrə: 03/2015
Müəllif(lər): F.Məmmədov, Sh.Adigözəlov
Dil: İngilis dili
Tarix: 2015-ci il
Xülasə: Bu məqalədə, ictimaiyyətə açıq 100-dən çox iqtisadi və maliyyə məlumatlarını istifadə edərək, Azərbaycanın qeyri-neft iqtisadiyyatının gələcək daralma müddətini proqnozlaşdırmaq üçün əsas göstərici sisteminin qurulmasına çalışılmışdır. Nəticələrimiz ortalama 7.2 aylıq müddəti olan kompozit qabaqlayıcı göstərici sisteminin məqbul və əhəmiyyətli performansını göstərir. 2000-ci ilin yanvar ayından 2014-cü ilin may ayına qədər Azərbaycanın qeyri-neft iqtisadiyyatında üç genişlənmə və üç daralma dövrünə uyğun üç pik və üç dibdən ibarət 6 dönüş nöqtəsi olmuşdur. Genişlənmə və daralma mərhələlərinin orta müddəti müvafiq olaraq 43 və 10 aydır. Seçilmiş əsas göstəricilərə əsaslanaraq kompozit göstərici altı dönüş nöqtəsinin hamısını proqnozlaşdıra bilmişdir. Dinamik probit modelindən istifadə edərək gələcək dövr üçün qeyri-neft hasilatı qəpinin daralma ehtimalı təxmin edilmişdir. Nümunə daxilində və nümunədən kənar proqnozlar nəticələri göstərir ki, qabaqlayıcı göstərici sistemləri əhəmiyyətli proqnoz gücünə malikdir və iqtisadi proqnozlaşdırma üçün faydalı vasitə kimi istifadə edilə bilər.
Açar sözlər: Biznes tsiklləri, dönüş nöqtələri, proqnozlaşdırma, probit modeli.
JEL təsnifatı: E32, C22, C25