Nömrə: 04/2015
Müəllif(lər): G.Tahirova, R.Rəhmanov
Dil: Azərbaycan dili
Tarix: 2015-ci il
Xülasə: Tədqiqat işində gəlir bərabərsizliyinin iqtisadi artıma təsir kanallarının konseptual sxemi qurulmuş və sabit effektlər, təsadüfi effektər, ümumiləşmiş momentlər üsulu vasitəsilə qiymətləndirmələr aparılmışdır. Qiymətləndirmələr inkişaf etmiş, inkişaf etməkdə olan və MDB ölkələri üzrə ayrılıqda yerinə yetirilmişdir. Qiymətləndirmələr inkişaf etmiş ölkələrdə fiskal, inkişaf etməkdə olan ölkələrdə kapital (investisiya) və insan kapitalı MDB ölkələrində isə kapital (investisiya) və fiskal kanalın vasitəsilə gəlir bərabərsizliyinin iqtisadi artıma təsir etdiyini göstərmişdir. Həmçinin gəlir bərabərsizliyi və iqtisadi artım arasında mənfi əlaqənin olduğu ekonometrik qiymətləndirmə ilə müəyyən edilmişdir.
Açar sözlər: gəlir bərabərsizliyi, iqtisadi artım, institusional mühit
JEL təsnifatı: O11, O43, D31,D33, H30, H31