Nömrə: 07/2015
Müəllif(lər): Ş.Adıgözəlov, S.Hüseynov
Dil: Azərbaycan dili
Tarix: 2015-ci il
Xülasə: Hazırda inflyasiya hədəflənməsi (İH) rejimini elan edən aparıcı mərkəzi banklar buna adekvat əməliyyat çərçivəsini formalaşdırırlar. Lakin, pul siyasətinin transmissiyası ilə müqayisədə əməliyyat çərçivəsi akademik ədəbiyyatda və mərkəzi banklarda daha az tədqiq edilib. Cari məqalədə monetar siyasətin nisbətən “görünməyən üzü” olan əməliyyat çərçivəsi tədqiq edilir və bu məqsədlə, bir sıra aparıcı mərkəzi bankların təcrübəsi araşdırılır. Həmçinin, məqalədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari əməliyyat çərçivəsi də təhlil olunur və adekvat çərçivənin formalaşdırılması üçün təkliflər verilir.
Açar sözlər: İnflyasiya hədəflənməsi, əməliyyat çərçivəsi, transmissiya.
JEL təsnifatı: E52, E58