Nömrə: 01/2014
Müəllif(lər): S.Hüseynov, V.Əhmədov
Dil: İngilis dili
Tarix: 2014-ci il
Xülasə: Bu tədqiqatda neftlə zəngin ölkə üçün hazırlanmış DSÜT modelinin üç fərqli spesifikasiyasına əsaslanan siyasət təhlili və simulyasiyalar aparılmış və neft gəlirlərindəki artımın təsiri yoxlanılmışdır. Təklif olunan ilk spesifikasiya Teylor qaydasına əsaslanan klassik, ikincisi isə pul artımı qaydasına əsaslanan yeni spesifikasiyadır. İki tanış spesifikasiya ilə yanaşı, qısa müddətli pul bazarı tarazlığı məsələlərini əhatə edən yeni bir spesifikasiya təklif edilmişdir. Qiymətləndirmələr göstərir ki, hər üç spesifikasiya neft qiyməti şoklarının iqtisadiyyata yayılmasında fiskal orqanın əsas rol oynamasına imkan verir. İlkin dövrdə neft qiyməti şokunun iqtisadiyyata təsiri transfertlər vasitəsilə büdcəyə ötürülür. Daha sonra bu təsirlər dövlət istehlakı və dövlət investisiya xərclərinin artması ilə nəticələnir ki, bu da ümumi faktor məhsuldarlığı (TFP) və istehsalı, eləcə də ümumi tələbə təsir edən dövlət kapitalını artırır. Tədqiqatın nəticəsi göstərir ki, əhəmiyyətli fərqlərin olmasına baxmayaraq, hər üç spesifikasiya oxşar cavab dinamikasını nümayiş etdirir.
Açar sözlər: fiskal siyasət; neft gəlirləri axını; dövlət investisiyaları; bazar tarazsızlığı; neftlə zəngin ölkə
JEL təsnifatı: E35, E47, E58, E61