Nömrə: 02/2014
Müəllif(lər): M.Bahmanı-Oskooe, R.Cəmilov, S.Hüseynov
Dil: İngilis dili
Tarix: 2014-ci il
Xülasə: Bu tədqiqatda 2000-2009-cu illər üzrə sektor səviyyəli rüblük məlumatlardan istifadə edərək Azərbaycanda J-əyri qiymətləndirilmişdir. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 70%-ni təşkil edən əsas ticarət tərəfdaşlarının istehsalçı qiymət indekslərinin çəkili ortası, xarici gəlir üçün əvəzləyici (proksi) olaraq seçilmişdir. Azərbaycanın qeyri-neft xarici ticarətinin özəyi olan 10 qeyri-neft sənaye sahəsi təhlil edilmişdir. Empirik nəticələr göstərir ki, 10 nümunədən 3-də Marshall-Lerner şərtinin yerinə yetirilməsinə dair güclü dəlillər mövcuddur. Buna səbəb bu üç sənaye sahəsinin hər birində ticarət balansı valyuta ucuzlaşmasına reaksiya olaraq uzun müddətli dövrdə yaxşılaşmışdır. Əksər sahələrdə J-əyrisi qısa müddətli dövrdə müşahidə olunur. Qiymət effekti güclüdür və demək olar ki, bütün sahələrdə mövcuddur. Bütün 10 nümunədə uzunmüddətli kointeqrasiya müşahidə edilir və CUSUM və CUSUMSQ stabillik testlərinə görə sabitdir. Qiymətləndirmə nəticələri Azərbaycanda J əyrisi ilə bağlı mövcud ədəbiyyatlarla əhəmiyyətli dərəcədə uyğunluq təşkil edir. Tədqiqat işi Azərbaycanın qeyri-neft ixracını stimullaşdırmağa yönələn mühüm siyasət nəticələrini özündə əks etdirir.
Açar sözlər: J-əyrisi; Paylanan gecikməli avtoreqressiv model (ARDL) reqressiyası; Kointeqrasiya hüdudları; Azərbaycan
JEL təsnifatı: C22, F14, F3