Nömrə: 04/2014
Müəllif(lər): V.Əhmədov, S.Hüseynov
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Bu məqalədə neft ixrac edən ölkələrdə baş verən biznes tsiklləri və iqtisadi fluktuasiyaların səbəbləri tədqiq olunur. Məqalədə təhlil olunan ölkələr üzrə müştərək fluktuasiyaların və neftlə əlaqədar biznes tsiklinin mövcudluğunu müəyyənləşdirmək üçün müxtəlif empirik qiymətləndirmələr aparılır. Qiymətləndirmələrə görə, neftlə zəngin ölkələrdə baş verən iqtisadi fluktuasiyalar inkişaf etmiş ölkələrin biznes tsikllərindən təbiətcə fərqlənir. Belə ki, neftin qiyməti həmin ölkələrdə baş verən fluktuasiyaların əsas mənbəyi olsa da, empirik qiymətləndirmələr real dünya ÜDM-nin iqtisadi dalğalanmaların izah olunmasında daha yüksək izahedici qüvvəyə malik olduğunu göstərir. Nəticə olaraq qeyd olunur ki, neftlə zəngin ölkələrdə müşahidə olunan iqtisadi fluktuasiyalar heterogen xarakter daşıyır və əhəmiyyətli müxtəlifliklər nümayiş etdirir.
Açar sözlər: biznes tsikl, neft ixrac edən ölkə, makroiqtisadi fluktuasiya
JEL təsnifatı: E32, Q32