Nömrə: 06/2014
Müəllif(lər): N.Hüseynov
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Məqalədə tranzaksiya xərclərinin iqtisadi inkişafa təsiri araşdırılmışdır. İnstitutların iqtisadi inkişafın təməl prinsipləri kimi ön plana çəkilməsi tranzaksiaya xərclərinin təsirinin tədqiq edilməsini zəruri etmişdir. Qeyd etmək lazımdır ki, bu xərclərin hesablanmasında institusional iqtisadi nəzəriyyədə hələlik vahid bir metodologiya mövcud deyil.
D. Nortun təklif etdiyi yeganə metod əsasında aparılan hesablamalar göstərir ki, hər bir ölkənin iqtisadiyyatının tranzaksiya xərcləri özünəməxsus xüsusiyyətləri ilə seçilir və bu müxtəliflik hər bir ölkədə mövcud olan institutların fərqli konfiqurasiyaya malik olmasını əks etdirməklə, ÜDM-in strukturuna, onun hesablanması prinsiplərinə də yenidən yanaşma tələb edir. Deyilənlər nəzərə alınaraq, mövcud metodologiya əsasında müxtəlif ölkələrdə hesablanmış TX - in iqtisadi inkişafa təsirinin xüsusiyyətləri təhlil edilmiş və bu əsasda bəzi nəticələr formalaşdırılmışdır.
Açar sözlər: Tranzaksiya xərcləri, dövlət tranzaksiya xərcləri, bazar tranzaksiya xərcləri
JEL təsnifatı: D23