Nömrə: 09/2014
Müəllif(lər): G.Tahirova
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Tədqiqat işi dövlət xərcləri və iqtisadi artım arasında əlaqənin araşdırılmasına həsr olunmuşdur. Bu məqsədlə müxtəlif ölkələr üzrə aparılmış tədqiqat işləri icmallaşdırılmış və BARS əyrisinin qiymətləndirilməsi üzrə nəticələr müqayisə edilmişdir.
Ümumilikdə, aparılmış tədqiqat işinin yekun nəticəsi büdcə xərcləri ilə ÜDM arasında mənfi əlaqənin olması fikrini təsdiqləməmişdir. Tədqiqatın nəticəsinə görə, büdcə xərclərinin effektivliyindən asılı olaraq, büdcə xərcləri və iqtisadi artım arasında əlaqə müsbət və ya mənfi ola bilər.
Açar sözlər: dövlət xərcləri, iqtisadi artım, BARS əyrisi
JEL təsnifatı: F43, H72