Nömrə: 10/2014
Müəllif(lər): N.Əliyev, A.Qasımov, Ş.Adıgözəlov
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Tədqiqat işində Azərbaycanın 2001-2012-ci illər üzrə idxal və ixracın tələb və məzənnə elastikliyi tədqiq edilmişdir. İdxal və ixrac göstəriciləri istehlak, aralıq və kapital məhsulları qruplarına bölünərək ayrı-ayrılıqda qiymətləndirilmişdir. Qiymətləndirmə üçün müqayisəli olaraq dəyişməyən effektlər (fixed effects), tam modifikasiya olunmuş ən kiçik kvadratlar (FMOLS) və ümumiləşdirilmiş momentlər metodu (GMM) kimi ekonometrik modellərindən istifadə olunmuşdur. Nəticələr göstərir ki, ölkənin ümumi və komponentlər üzrə ixracı xarici tələbə daha çox həssasdır və kəmiyyətcə çox yüksək müsbət elastikliyə malikdir. Kapital əmtəələrinin ixracının artımına xarici bazarlarda tələbin artması və məzənnənin möhkəmlənməsi tempi əhəmiyyətli təsir edir. İdxalda xüsusilə istehlak məhsullarının idxalı kəmiyyətcə daha yüksək müsbət məzənnə elastikliyi nümayiş etdirir.
Açar sözlər: idxal, ixrac, real ikitərəfli və effektiv məzənnə, daxili və xarici tələb
JEL təsnifatı: F1, F4