Nömrə: 05/2013
Müəllif(lər): Xaqani Abdullayev, Salman Hüseynov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Təcrübə göstərir ki, müasir iqtisadi tədqiqatların ən mükəmməl alətlərindən biri – empirik riyazi modellərdir. Məhz bu səbəbdən təqdim olunan araşdırma mərkəzi banklarda siyasət qərarlarının qəbul edilməsində modelləşdirmə praktikasının rolunun tədqiqinə həsr edilmişdir. Pul siyasətində rasional qərarların qəbul edilməsində mürəkkəb iqtisadi modellərin özünəməxsus yeri vardır. Aydındır ki, siyasət qərarlarının verilməsi ilk növbədə siyasət qurucularının təcrübədən irəli gələn fərdi instuisiyalarına əsaslanır. Lakin, riyazi modellər iqtisadiyyatda oturuşmuş əlaqələri ifadə edən mühüm analitik vasitədir. Bu vasitə xüsusən proqnozlaşdırma işlərində siyasətçilərin köməkçisi rolunda çıxış edir. Təsadüfi deyil ki, hazırda Beynəlxalq Valyuta Fondu tərəfindən iqtisadi proqnozlarda universal Dinamik Stoxastik Ümumi Tarazlıq modeli aktiv istifadə olunur. Riyazi modellərin keyfiyyəti hər bir iqtisadiyyatın fərdi özəlləyinə uyğun olaraq iqtisadi aslılıqların məntiqinin düzgün qoyulması ilə müəyyən olunur. Təbii ki, iqtisadi informasiyanın əhatəsi və keyfiyyəti də riyazi modellərin nəticələrinə bilavasitə təsir edir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, riyazi modellər adaptiv olmalı, iqtisadiyyatda baş verən struktur dəyişikliklərini daim nəzərə almalıdır.
Açar sözlər: mərkəzi bankçılıqda tədqiqat bazası, tədqiqat və inkişaf
JEL təsnifatı: C02