Nömrə: 07/2013
Müəllif(lər): Asif Qasımov, Xəqani Kərimov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Tədqiqat işində manatın məzənnəsinin real sektorun ayrı-ayrı sahələrinə təsiri tədqiq edilmişdir. Bu təsirin müxtəlif sahəvi effektivliyə malik olmasını nəzərə alaraq, real sektorun sahələrinin funksional təsnifat metodologiyası işlənmişdir. Hər bir sahənin cari rəqabət qabiliyyətinin mövcud vəziyyətini qiymətləndirmək üçün sahəvi real effektiv məzənnə hesablanmışdır. Sahələrin rəqabət qabiliyyətinin determinantlarını müəyyən etmək üçün 2002-2009-cu illəri və 15 tərəfdaş ölkənin müvafiq məlumatlarını əhatə edən panel reqressiyası qiymətləndirməsi tətbiq olunmuşdur.
Açar sözlər: rəqabət qabiliyyəti, məzənnənin ötürücülüyü
JEL təsnifatı: O24