Nömrə: 11/2013
Müəllif(lər): Aftandil Babayev
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Asiya böhranından sonra dünyada valyuta ehtiyatlarının əhəmiyyətli artması ehtiyatların idarə edilməsinə və onun maliyyə bazarlarına təsirinə diqqəti artırmışdır. Son 10 ildə isə dünyada ehtiyatların idarə edilməsi təcrübəsi əhəmiyyətli dərəcədə inkişaf etmiş, bu inkişaf həm də iqtisadi və institusional mühitdə baş verən dəyişiklikləri özündə əks etdirmişdir.
Məqalədə də ehtiyatların idarə olunmasına dair beynəlxalq təcrübə təhlil edilmiş, bu dəyişikliyin əsas səbəbləri göstərilmiş və post-böhran dövrünün çağırışları ümumiləşdirilmişdir. Xüsusilə maliyyə bazarlarına təsir edə biləcək çağırışlara önəm verilmişdir.
Açar sözlər: mərkəzi bankçılıq, maliyyə böhranı, maliyyə sabitliyi, rezervlərin idarə edilməsi
JEL təsnifatı: E58, G01