Nömrə: 17/2013
Müəllif(lər): Asim Zülfüqarov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Cari tədqiqat işinin əsas məqsədi kredit təşkilatlarının tənzimlənməsi təcrübəsinin icmallaşdırılması, sistem risklərinin tənzimlənməsi üzrə mikro və makroprudensial siyasət alətləri və komponentlərdən istifadənin təhlili və Azərbaycan kontekstində bu təcrübədən faydalanma imkanlarının qiymətləndirilməsindən ibarətdir.
Aparılan tədqiqatlar göstərir ki, mikro və makroprudensial siyasət və alətlər preventiv rol oynayaraq maliyyə sisteminin ümumi stabilliyinin qorunmasına xidmət edir. Eyni zamanda stress testləşdirmə və erkən xəbərdarlıq kimi analitik üsulların istifadəsi isə bütün sistemin maliyyə vəziyyətini daha dolğun qiymətləndirməyə imkan verir.
Bununla belə, mikro və makroprudensial siyasətin ölkə iqtisadiyyatına və yerli bank sektoruna uyğunlaşdırmaqla istifadəsi zəruridir.
Açar sözlər: mikroprudensial, makroprudensial, sistem riskləri
JEL təsnifatı: G32