Nömrə: 18/2013
Müəllif(lər): Aftandil Babayev, Ağanemət Ağayev
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Məqalədə mərkəzi banklarda kommunikasiyanın strateji rolu və onunla iqtisadi gözləntilər arasında əlaqə məsələləri araşdırılmışdır. Kommunikasiyanın iqtisadi gözləntilərə təsiri elmi-nəzəri baxımdan təhlil edilmiş, həmçinin bu iki kateqoriyanın qarşılıqlı təsirinin qiymətləndirilməsinin vacibliyi göstərilmişdir. Mərkəzi banklarda kommunikasiya hadisələrinin iqtisadi gözləntilərə təsirinin qiymətləndirilməsi üzrə metodoloji çərçivə təklif edilmiş, sadə misal əsasında metodoloji alqoritm izah edilmişdir. Həmçinin Azərbaycan Mərkəzi Bankında strateji kommunikasiya işinin təşkili, o cümlədən gözləntilərin daha effektiv idarə olunması ilə bağlı məsələlər qeyd olunmuşdur.
Açar sözlər: strateji kommunikasiya, şəffaflıq, siyasət manevrləri, iqtisadi gözləntilər.
JEL təsnifatı: D83, D84, E58