Nömrə: 21/2013
Müəllif(lər): Elman Eminov, Namiq Nağdəliyev
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Məqalənin məqsədi sistemləşdirilmiş göstəricilər əsasında Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasındakı mövqeyinin müqayisəli təhlilini aparmaq və bununla da yüksək gəlirli ölkəyə çevrilmə imkanlarını müəyyən etməkdir.
Əsas gəlinən nəticə odur ki, Azərbaycanın qrup daxilində ən gənc ölkələrdən biri olmasına baxmayaraq, göstəricilərin bir çoxu üzrə digər ölkələrlə müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir. Növbəti gəlir qrupuna keçid üçün ölkənin əlverişli imkanları mövcuddur.
Açar sözlər: Gəlir qrupları, iqtisadi artımın sönməsi, orta gəlir tələsi, inkişaf fazaları
JEL təsnifatı: O15, P46