Nömrə: 01/2019
Müəllif(lər): Heyran Əliyeva, Ramiz Rəhmanov
Dil: İngilis dili
Tarix: 2019-cu il
Xülasə: Məqalədə VAR metodologiyası və 2003-2018-ci illəri əhatə edən rüblük statistik məlumatlar istifadə edilməklə Azərbaycanda fiskal və pul siyasətləri arasındakı qarşılıqlı əlaqə araşdırılmışdır. Qranger səbəbiyyət testləri və impuls reaksiya təhlilinin nəticələri göstərir ki, həm pul siyasəti, həm də fiskal siyasət aktivlik nümayiş etdirsə də, fiskal siyasət pul siyasətindən daha dominant mövqeyə malikdir. Fiskal rejim təsnifatı baxımından isə ölkədəki rejimi qeyri-Rikardian hesab etmək olar.
Açar sözlər: Fiskal siyasət, pul siyasəti, qarşılıqlı əlaqə, siyasət rejimləri, Azərbaycan
JEL təsnifatı: F31, F39