Nömrə: 01/2022
Müəllif(lər): İlkin Hüseynov, Nəzrin Ramazanova, Hikmət Vəlirzayev
Dil: İngilis dili
Tarix: 2022-ci il
Xülasə: Tədqiqat işində ödəniş sistemləri məlumatları əsasında Azərbaycanda iqtisadi aktivliyin ölçülməsi (naukastinqi) araşdırılmışdır. Günlük ödəniş əməliyyatları əsasında nominal ümumi daxili məhsulun (ÜDM) rüblük və illik artım templərinin naukastinqi üçün Dinamik faktor modeli (DFM) və Maşın öyrənməsi (ML) üsullarından istifadə olunmuşdur. Bu modellərin rüb ərzində üç fərqli dövr üzrə nümunədən kənar naukastinq qabiliyyətləri birdəyişənli bençmark modelinin naukastinq qabiliyyəti ilə müqayisə edilmişdir. Nəticələr göstərir ki, bençmark modeli ilə müqayisədə ML və DFM modelləri daha yüksək təxminetmə qabiliyyətinə malikdir və naukast xətalarını əhəmiyyətli dərəcədə azaldır. Ödəniş məlumatları üzrə zaman sırasının statistik cəhətdən etibarlı nəticələr əldə etmək üçün qısa olmasına baxmayaraq, nəticələr bu cür məlumatlarda yüksək tezlikli dəyişənlərin iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirməkdə faydalı ola biləcəyini və iqtisadi aktivliyin real vaxt rejimində qiymətləndirilməsini təmin etmək potensialına malik olduğunu göstərir.
Açar sözlər: Ödəniş məlumatları, naukastinq, ML, DFM
JEL təsnifatı: C32, C38, C52, C53, E42