Tədqiqatın adı: Bank kreditlərinin tələb və təklif amillərinin qiymətləndirilməsi
Nömrə: 02/2021
Müəllif(lər): İlkin Hüseynov, Zübeydə İmanova, Hikmət Vəlirzayev
Dil: İngilis dili
Tarix: 2021-ci il
Xülasə: Məqalə Azərbaycanda Bank Kreditləşməsi Sorğusu (BLS) məlumatlarından istifadə etməklə bank kreditləşməsində tələb və təklif amillərinin rolunu araşdırır. Nəticələr göstərir ki, kredit artımında həm tələb, həm də təklif faktorları əhəmiyyətli rola sahibdir. İstehlak kreditlərinin rüblük artım tempinə kredit şərtlərinin yumşaldılmasının təsiri 0.14-0.21 faiz bəndi arasında, tələbin azalmasının təsiri isə -0.24 ilə -0.34 faiz bəndi arasında olmuşdur. Modelə müxtəlif kontrol dəyişənlər, zaman süni dəyişənləri və müxtəlif spesifikasiyalar tətbiq ediləndən sonra da qiymətləndirmənin nəticələri etibarlı olaraq qalır. Qiymətləndirmənin ikinci mərhələsində sistem əhəmiyyətli (SI) banklar və digərlərinin (NSI) nəticələri müqayisə edilmiş və təsirin müxtəlif bank qrupları üçün asimmetrik olduğu aşkar edilmişdir.
Açar sözlər: Bank Kreditləşməsi Sorğusu, panel data, kreditin artım tempi, tələb və təklif faktorları
JEL təsnifatı: E30, E32, E52, G21