Tədqiqatın adı: Neytral faiz dərəcəsinin qiymətləndirilməsi: Azərbaycan nümunəsi
Nömrə: 02/2023
Müəllif(lər): Nəzrin Ramazanova
Dil: İngilis dili
Tarix: 2023-cü il
Xülasə: Neytral faiz dərəcəsi mərkəzi banklar tərəfindən pul siyasətinin formalaşdırılmasında geniş istifadə edilir. Tədqiqat işində neytral real faiz dərəcəsi inflyasiyanın hədəf səviyyəsinə və ÜDM-in təbii səviyyəsinə uyğun gələn faiz dərəcəsi kimi qəbul edilmişdir. Azərbaycan üzrə neytral faiz dərəcəsinin qiymətləndirilməsi üçün Laubach və Uilyams (2003) metodologiyası tətbiq edilmişdir. Kalman filtri vasitəsilə neytral faiz dərəcəsi, potensial məhsul və onun trend artım tempi birgə qiymətləndirilmiş və empirik əlaqə araşdırılmışdır. Nəticələr göstərir ki, Azərbaycanda neytral real faiz dərəcəsi orta hesabla təxminən 3.1 faiz qiymətləndirilmişdir. Empirik nəticələr qiymətləndirmə dövrünün əvvəli ilə müqayisədə neytral faiz dərəcəsində bir qədər azalma olduğunu göstərir. Neytral real faiz dərəcəsinin dekompozisiyasına əsasən azalmanın əsas səbəbi qiymətləndirmə dövrünün sonunda ÜDM-in potensial artımının yavaşlamasıdır.
Açar sözlər: neytral faiz dərəcəsi, potensial məhsul, məhsul buraxılışı, pul siyasəti
JEL təsnifatı: C32, E43, E52, O40